Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1575/2022 23.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X3, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, 24 iyul 2000-ci il tarixdə Bərdə rayonunda doğulmuş, azərbaycanlı, Aərbaycan vətəndaşı, orta təhsilli, işsiz, evli, əvəllər məhkum olmamış, Bərdə rayonu, Əmirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 aprel 2022-ci il tarixdə Əmirli kəndində həmkəndlisi Vətən Məmmədovla mübahisə edərək nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X7 izahatında göstərdi ki, Şəxs 02 aprel 2022-ci il tarixdə qonşuluqda yaşayan Vətən Məmmədovla mübahisə edərək nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 02 aprel 2022-ci il tarixdə o öz yaşadığı evdə olmuşdur, həmin vaxt qonşuluqda yaşayan Vətən Məmmədov onu küçəyə çağırmış və söhbət əsnasında onunla mübahisə edərək nalayiq ifadələrlə söyüb təhqir etmiş və onun azyaşlı uşağını vurmamış və ona xəsarət yetirməmişdir. X11 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək onları tüfənglə hədələdiyini bildirmişdir, lakin əslində belə bir hal baş verməmişdir. O ümumiyyətlə yaşadığı evdə tüfəngi olmadığını və həmin şəxsləri ölümlə hədələmədiyini bildirmişdir. X8 həmin vaxtdan onunla qərəzli münasibət apardığını bildirmişdir. Aralarında torpaq mübahisəsi olmuş və bunun nəticəsində qonşusu onunla prinsipdədir. X4 nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün o Vətən Məmmədovun barəsində bir neçə dəfə şikayət etmiş və araşdırma aparılmışdır. Həmçinin həmin şəxslər barəsində məhkəməyə müraciət etmiş və məhkəmə onun xeyrinə qətnamə çıxarmışdır. Ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, barəsində icraat aparılan Şəxs Vətən Məmmədov ilə münaqişə əvvəldən olub. İnzibati xəta tərkibi yoxdur. Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər mövcud deyildir. Belə ki, hazırki iş üzrə heç bir şahid mövcud deyildir. Hadisə 02 aprel 2022-ci il tarixdə baş vermiş olsa da, şikayət ərizəsi 24 noyabr 2022-ci il tarixdə Polis Şöbəsinə daxil olmuşdur. Odur ki başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı X1 cavabdeh X5 qarşı iddiası təmin edilmiş və X2 və ailə üzvlərinə qarşı qonşuluq hüquqlarının pozulmasına yönəlmiş qeyri-qanuni hərəkətlərinə, Bərdə rayon Əmirli kəndində yerləşən eni 4 metr, uzunluğu 25 metr olan ümumi istifadədə olan yoldan sərbəst gediş-gəlişlərinə cavabdeh X9 tərəfindən törədilən maneəçiliyə son qoyulması qət edilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X7 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi təsbit edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə materialdan hansı ictimai qaydanın pozulması və eləcə də digər qərəzli hərəkətlərin nədə ifadə olunması müəyyən olunmamış, Brdə rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı şahidlərin dairəsi müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş şəxslər isə maraqlı şəxslər olan şikayətçinin arvadı, anası və qardaşıdır. Bundan başqa araşdırılma aparılan zaman ehtimal olunan hadisəni baş verməsindən 07 ay 22 gün vaxt keçməsi ümumiyyətlə nzərə alınmamışdır. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər mövcud deyildir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1575/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1575/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver