Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1581/2022 28.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis kapitanı, X3, Barəsində inzibati icraat aparılan Şəxs onun müdafiəçisi Vəkilun iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Ağdam şəhəində doğulmuş, 2-ci qrup əlil, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 28 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş MN ******* saylı 28 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, 25 noyabr 2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbə ərazisində 0,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurdulmuş marixuana üzərində (cibindən) aşkar olunaraq götürülmüşdür. Bununla da İnzibati Xətalar Məcəlləsinin 206-cı maddədə nəzərdə tutulan inzibati xətanı il ərzində təkrar törətmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 28 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis kapitanı, X4 bildirdi ki, 25 noyabr 2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbə ərazisində 0,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurdulmuş marixuana üzərində (cibindən) aşkar olunaraq götürülmüşdür. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, protokol barəsində əsasız tərtib edilmişdir, onun 2-ci qrup əlil olmasını nəzərə alaraq protokolun ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, barəsində icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokol əsassız olduğundan və düzgün tərtib olunmadığından protokolun ləğv olunmasını xahiş etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 noyabr 2022-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbə ərazisində 0,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurdulmuş marixuana üzərində (cibindən) aşkar olunaraq götürüldüyü qeyd edilsədə, hazırki iş üzrə, protokol düzgün tərtib olunmamış, iş materiallarına həmin sənədlər və görüntülər əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon Polis X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon X5 Təhlükəsizlik Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1581/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1581/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver