Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-159/2021 11.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X5 oğlunun, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Arabaçılar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 fevral 2021-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndinin mərkəzində sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X5 oğlu izahatında göstərdi ki, xidmət apardığı zaman ona kənddə avtomobil yuma məntəqəsində işləyən Şəxs sərxoş vəziyyətdə yaxınlaşaraq ona iradlar bildirməyə başlamışdır. Şəhriyarın sərxoş vəziyyətdə olduğunu gördükdə onu nizam-intizama dəvət etmiş, ayıq vaxtı söhbət etməyi məsləhət görmüşdür. Lakin Şəxs sakitləşməmiş, daha da uca səslə onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, təhqirlər etmiş, özünü öldürməsi ilə hədələmiş, onun yaxasından tutaraq itələmiş və bununla da ona fiziki müqavimət göstərmişdir. Məhkəmədən Şəxs ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, avtomobil yuma məntəqəsində işlədiyi kənddə sahə müvəkkili ona yaxınlaşmışdır. O, isə sahə müvəkkili Ceyhun Vəliyevdən nə səbəbə onun barəsində xoşagəlməz sözlər dediyini, onu kənar şəxlsərin yanında təhqir etdiyini soruşmuş və buna görə də aralarına mübahisə düşmüşdür. Bunda sonra həm Ceyhun Vəliyev, həm də ətrafda olan digər şəxslər onu sakitləşdirmək istəmişlər. X3 Şöbəyə apararaq barəsində protokol tərtib etmişdir. O, Ceyhun Vəliyeva qarşı heç bir müqavimət göstərməmiş, onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Protokol qanunsuz olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında daha sonra verdiyi izahatına barəsində inzibati icraat aparılan Şəxs düzəliş edərək, əməlini qismən etiraf etmiş, Ceyhun Vəliyevə özünün yaxınlaşıb mübahisəni başlatdığını, sərxoş olduğundan daha da aqressivləşdiyini, Ceyhun Vəliyevin onu nizam-intizama dəvət etdiyini bildirdi. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 1459 saylı 10 fevral 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoş vəziyyətdə olmaqla davranış tərzi gərgin və aqressiv olmuşdur. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X5 oğlu tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün qismən etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 10 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 10 fevral 2021-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndinin mərkəzində sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, cəmiyyət içində ucadan söyüşlər söyərək xidməti vəzifəsini icra edərək onu nizam-intizama dəvət edən polis əməkdaşına qarşı fiziki qüvvə tətbiq etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan o, həmin maddələr ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 10 fevral 2021-ci ildə saat 19:45-də tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 10 fevral 2021-ci il tarixdən saat 09:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 10 fevral 2021-ci il tarixdən, saat 19:45-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-159/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-159/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver