Məhkəmə qərarları › İş №3(021)-159/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-159/2025

25.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-159/2025 25.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxslər X2, X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mollalı kəndində qeydiyyatdda olan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai yerdə ucadan qışqıraraq, ünvanlı və ünvansız ifadələr işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında göstərdi ki, 24 mart 2025-ci il tarixdə saat 11.30 radələrində Şəxs Bərdə Rayon Polis Şöbəsinin qarşısında ictimai qaydanı pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik etməklə, uca səslə telefonla danışaraq küçə söyüşləri işlətmişdir. Xidmətdə olan polis əməkdaşları onu intizama dəvət etsələrdə məhməl qoymamış, polis əçəkdaşları onu Polis Şöbəsinə dəvət edərkən gəlməkdən imtina etmiş, polis əməkdaşlarına əl-qol atmışdır, polisin qanuni tələbinə tabe olmaqdan imtina etmişdir, ona görə də Şəxs Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Bərdə rayonu Babək küçəsində piyada gedərkən telefonla danışmışdır. Əsəbi olduğundan telefonla danışarkən uca səslə danışmışdır. Əsəb xəstəsidir, telefonla danışarkən özündən asılı olmadan uca səslə danışmışdır, polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, əl-qol hərəkətləri etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 göstərdi ki, Bərdə şəhəri Babək küçəsində xidmətdə olarkən Şəxs uca səslə telefonla danışaraq nalayiq ifadələr işlətmişdir, onunla xidmətdə olan digər polis əməkdaşı ilə ona yaxınlaşaraq, özlərini təqdim edib, onu nizam intizama dəvət etsələr də, Şəxs onların qanuni tələbinə tabe olmamış, öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 zərərçəkmiş şəxs X5 ilə eyni məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 1933971saylı inzibati xəta haqqında protokol qismən əsaslıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53-cü maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli MN 1933971saylı inzibati xəta haqqında protokolda Şəxs 23 mart 2025-ci il tarixdə Bərdə raynonu, babək küçəsindəuca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinə münasibətdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, o cümlədən protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 24 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 mart 2025-cü ildə saat 1130-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinib, bаrəsində 5 (beş) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 24 mart 2025-ci il tаrixdən, saat 11:30–dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 24 mart 2025-ci il tаrixdən, saat 11:30–dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar