Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1592/2025 07.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilməsi, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verillməsi və cərimənin silinməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan 19 avqust 2024-cü il tarixli, EQ 23077643 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə müəyyən edilmiş 50 manat cəriməni və cərimənin üzərinə əlavə olaraq hesablanmış 30 manat məbləğində dəbbə pulu ümumilikdə 80 manat olmuşdur. Cəriməni 03 (üç) ay müddət ərzində ödəmədiyindən və bununla da İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində Goranboy Rayon Polis Şöbəsi tərəfindən 27 dekabr 2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(021)-488/2025 saylı qərarı ilə həmin cəriməni ödədiyindən inzibati məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Lakin bu baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul olunarkən əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığı halda həmin xətaya yol verməsinə əsaslanmışlar. Hesab edir ki, qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Ona görə ki, xx.xx.2025-ci il tarixində ** ML *** nömrəli VAZ 21723 minik markalı avtomobili idarə edən zaman sürücülük hüququ qüvvədə olmuşdur. Əməlində həmin vaxt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkib əlamətləri olmadığı halda ona əsassız olaraq cərimə yazılmaqla onun hüququları pozulmuşdur. Məhkəmə iclasında qərardan şikayət verən X4 şikayətində göstərdiklərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə şəxsin izahatını dinləyib, işdə olan materialları nəzərədən keçirib hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bərdə Rayon X6 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə ** ML *** nömrəli VAZ 21723 minik markalı avtomobillə Səbail rayonu Salyan şossesi Bibiheybət məscidinin yaxınlığı Bayram Meydanı istiqamətində yolda hərəkətdə olan zaman nəqliyyat vasitəsini idarə edərkən Yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə ** ML *** nömrəli VAZ 21723 minik markalı avtomobillə Bakı- Ələt-Qazax-Gürcüstan yolunda hərəkətdə olan zaman nəqliyyat vasitəsini idarə edərkən Yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(021)-488/2025 saylı qərarından görünür ki, X4 19 avqust 2024-cü il tarixli, EQ 23077643 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar əsasən ona təyin edilmiş 50 (əlli) manat cəriməni və cərimənin üzərinə əlavə olaraq hesablanmış 30 (otuz) manat məbləğində dəbbə pulu olmaqla cəmi 80 manat məbləğində cəriməni dövlət büdcəsinə ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş X4 inzibati məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. AA0374425 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1985-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12.1-ci maddəsinə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(021)- 488/2025 saylı qərarından görünür ki, X4 19 avqust 2024-cü il tarixli, EQ 23077643 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar əsasən ona təyin edilmiş 50 (əlli) manat cəriməni və cərimənin üzərinə əlavə olaraq hesablanmış 30 (otuz) manat məbləğində dəbbə pulu olmaqla cəmi 80 manat məbləğində cəriməni dövlət büdcəsinə ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş X4 inzibati məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş X4 cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilməsi və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarları qəbul olunarkən nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən həmin anlaşılmazlıqlar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X2 əməlinə hüquqi qiymət verilməlidir. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin orqana qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-nin 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32619017 saylı və xx.xx.2025-ci il tarixli, EQ 32629286 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin orqana göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1592/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1592/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver