Məhkəmə qərarları › İş №3(021)-16/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-16/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-16/2021 11.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X1, oarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1981 -cı ildə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 39-da yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1- ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli məhkəmə əmrindən məlumatı olmamış, hazırkı vaxtadək məhkəmə əmri ona verilməmişdir. Məhkəmə əmri ilə razı deyil, məhkəmə əmrini mübahisələndirəcək. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, borclu X4 dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, 1950 manat borcunu tələbkara ödəməmişdir. Buna görə də borclu X5 barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2112/2020 saylı, 24.06.2020-ci il tarixli məhkəmə əmrinə əsasən borclu- xx xxxxxxx 1981 -ci ildə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuş, hazırda Bərdə rayonu Şirvanlı kəndində yaşayan Şəxs 1950 (bir min doqquz yüz əlli) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu X4 həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, 1950 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2112/2020 saylı, 24.06.2020-ci il tarixli məhkəmə əmri poçt vasitəsilə X8un; ünvanına göndərilmiş, sonuncunun ünvanda yaşamaması səbəbindən poçt sənədi geri qaytarılmışdır. X8 məhkəmə iclasında Bərdə Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli məhkəmə əmrindən məlumatının olmadığını, həmin məhkəmə əmri ilə razı olmadığını və məhkəmə əmrini mübahisələndirəcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, borclu X3 Bərdə Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli məhkəmə əmrindən məlumatı olmadığından və icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırması öz təsdiqini tapmadığından hazırki işdə 'nzibati xəta tərkibindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1 -ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verı̇ lə bı̇ lər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar