Məhkəmə qərarları › İş №3(021)-16/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-16/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-16/2022 05.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri Köroğlu küçəsində qonşusu Samir adlı şəxsin evinin həyətinə daxil olaraq hamamın qarşısında olan su qızdırıcısını oğurlayıb, evin zirzəmisində söküb metal hissəsini, su krantının mis hissəsini oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 30 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri Qarabağ küçəsində yerləşən heç kəsin yaşamadığı həyətdə olan evə bitişik bir ədəd su qızdırıcısını oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 25 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsində yerləşən X4 həyətinə daxil olaraq evin qarşı hissəsində bərkidilmiş istilik sistemini oğurlamış və ayaqqabısı rəfində olan boz rəngli ayaqqabını ayağına geynərək getmişdir. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 19 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Q.B.Zakir küçəsində yaşayan X3 yaşadığı evinin həyətindən su mühərrikini və su hidrofonu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan X1 evin həyətindən “Marcos” markalı su nasosunu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 27 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində vətandaş Alıyeva Zülfiyəyə məxsus 1 ədəd su qızdırıcısı oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 21 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri, 20 Yanvar küçəsində yerləşən həyət evindən X5 100-150 manat dəyərində su qızdıranı oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 03 yanvar 2022-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində evin qarşısında qıfıl olduğunu görüb və evin həyətinə daxil olaraq su qızdırıcısını oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-11/2022 saylı, 3(021)-12/2022 saylı, 3(021)- 13/2022 saylı, 3(021)-14/2022 saylı, 3(021)-15/2022 saylı, 3(021)-16/2022 saylı, 3(021)- 17/2022 saylı, 3(021)-18/2022 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 05 yanvar 2022-ci il tarixdə saat 16:30-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar