Məhkəmə qərarları › İş №3(021)-16/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-16/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-16/2024 08.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 və zərəçəkmiş şəxs X5 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatətə və şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 müddətin bərpa olunmasına dair məhkəməyə ərizə verərək, Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli TP/6066829 nömrəli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün müddəti bərpa edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. X9 ərizəsini onunla əsaslandırmışdır ki, X10 məhkəmədə ona qarşı dəymiş ziyan hesabına 2150 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman mülki iş üzə olan ərizəsinə Beyləqan rayon Polis şöbəsinin xx.xx.2023- cü il tarixli TP6066829 saylı qərarını əlavə etmiş və ərizəsində qeyd etmişdir. Ərizə ünvanına poçt vasitəsilə gəlib çatdığı zaman ərizəni oxuduğu zaman məlumatı olmuşdur ki, onun barəsində belə bir qərar qəbul olunmuşdur. Hazırda şikayət verilməsi müddəti ondan asılı olmayan səbəblərdən ötürülmüşdür. Bu səbəbdən də buraxılmış prosessual müddətin ötürülməsi üzürlü sayılmasını və işə baxılmasını xahiş etmişdir. X9 müddətin bərpa olunmasına dair ərizə ilə birlikdə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonunda yaşayır. Ona məxsus olan "ODAZ 9370 Yamqoşqulu" markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yük maşınını Beyləqan rayon H.Əliyev prospekti ərazisində idarə etdiyi zaman onun barəsində İXM-nin 469.3-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Qeyd olunmuş maddələrə görə isə ona cərimə yazılmışdır. Onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar və protokol qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraatlara xitam verilməlidir. Belə ki, "ODAZ 9370 Yamqoşqulu" markalı, **- ZA-*** dövlət qeydiyyat nişanlı yük maşınını Beyləqan rayon H.Əliyev prospekti ərazisində idarə etdiyim zaman X16 idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq TP/ ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən isə ona 50 manat cərimə yazılmışdır. Halbuki ona qanunsuz olaraq cərimə yazılmışdır. Hazırda ona yazılmış cərimə yol polis idarəsinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Hadisə zamanı yol polis əməkdaşlarının işçiləri onun avtomobilinin svetoforun və ya nizamlayıcının yanında məsafəni saxlamadan saxladığı iddia edərək ona qanunsuz olaraq cərimə yazırlar. Halbuki o, yolun kənarında saxladığı zaman Beyləqan rayon sakini X10 idarə etdiyi Mercedes Benz E-240 minik markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobilini onun yük maşınının arxa tərəfindən vurmuşdur. O, saxladığı halda Əli Kərəmli öz avtomobili ilə onun maşınına vurmuşdur. Həmin zaman o, yol polis əməkdaşlarını çağırmışdır. Bu zaman yol polis əməkdaşları gəlmiş və onun günahının olmadığını bildirərək getmişlər . X3 məhkəmədə ona qarşı dəymiş ziyan hesabına 2150 manat pul tələbinə dair iddia ərizəsi verdiyi zaman və ərizə onun ünvanına poçt vasitəsilə gəldiyi zaman ərizəni oxuduqda onun barəsində Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli TP/ ******* nömrəli protokol tərtib edildiyini görmüşdür. Hadisə xx.xx.2023-cü il tarixdə baş verməsinə baxmayaraq ona xx.xx.2023-cü il tarixli TP/ ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən cərimə yazılmışdır. Buradanda görünür ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. X2 şikayətə uyğun izahat verərək, şikayətin təmin olunmasını, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X11 şikayətin əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etdi və hadisənin videogörüntüsünü əks etdirən görüntünü məhkəməyə təqdim etdi. Qərarından şikayət verilən orqan Beyləqan rayon Polis şöbəsinin Yol patrul Xidməti işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsinə dair ərizəni, işdə olan materialları nəzərədən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın X6 çatması barədə məlumat yoxdur. Həmçinin iş materiallarından görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Beyləqan rayon H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsinə görə X6 qarşı "pul" tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı da iddia ərizəsinə əlavə etmişdir. Həmin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti məhkəmə tərəfindən X6 göndərilməsi təmin olunmuşdur. Daha sonra X10 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, işin baxılmamış saxlanılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)4630/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X7 cavabdeh X6 qarşı "pul" tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmışdır. X9 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş prosessual müddətin bərpasına dair vəsatət və şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X9 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini ötürmədiyindən ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları, fotoşəkil və videogörüntülər ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə ləğv edilməli, X4 barəsində İXM-in 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Elektron qərarından görünür ki, xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq X9 xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Beyləqan rayon H.Əliyev prospektində "ODAZ 9370 Yamqoşqulu" markalı, **-ZA-*** dövlət qeydiyyat nömrə nişanli nəqliyyat vasitəsini idarə edərkən mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İXP ******* nömrəli protokol üzrə 50 manat məbləğində cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş video-görüntüdən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş videogörüntüdən görünür ki, X9 ona məxsus olan "ODAZ 9370 Yamqoşqulu" markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə yolun sağ tərəfinə dönən zaman X10 idarə etdiyi Mercedes Benz E-240 minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən yola daxil olur və sonra hərəkətini dayandırır. Bu zaman X9 avtomobili sürərkən X10 idarə etdiyi Mercedes Benz E-240 minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfdən əzir. Məhkəm iclasında həmçinin hər iki tərəf bildirdi ki, yol yalnız bir avtomobilin hərəkəti üçün nəzərdə tutlan yoldur. Belə olan halda məhkəmə qeyd edir ki, yalnız bir avtomobilin hərəkəti üçün nəzərdə tutlan yolda hərəkətdə olan X9 ona məxsus olan "ODAZ 9370 Yamqoşqulu" markalı, **- ZA-*** dövlət qeydiyyat nişanlı yük maşını idarə edərkən X10 idarə etdiyi Mercedes Benz E-240 minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən yola daxil olması və sonra hərəkətini dayandırması hadisənin törədilməsinin qaşılmaz olduğunu labüd etmişdir. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X4 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, X9 həm məhkəmə iclas zalında həm də cəriməni ödəməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli olmasını etiraf etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 əməlində İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə İXM-nin 469.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, X4 şikayəti həmin hissədə təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən şikayəti verilməsi müddətinin ötürülməsi səbəbi üzrlü hesab edilərək, şikayət verilməsi müddəti bərpa edilsin. X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə ləğv edilsin və X4 barəsində İXM-in 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə münasibətdə qanuni hesab edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar