Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-16/2025 06.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Təbriz oğlunun, Zərərçəkmiş şəxs, iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, işləməyən, ünvan 1ində qeydiyyatda olmaqla ünvan 1i ünvanında yaşayan Şəxs Təbriz oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Təbriz oğlu barəsində İXM-in 327.8-ci maddəsi ilə Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis X5 tərəfindən 18 dekabr 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Bərdə Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs Təbriz oğlu göstərdi ki, 30 oktyabr 2024-cü il tarixdə Bərdə şəhərində Sultan sarayından dostu Ceyhunla birlikdə çıxmış, dönmə manevri yerinə yetirən zaman fikirli olmuş, buna görə də hadisə törətmişdir, qəza baş verən zaman hava şəraiti yaxşı olmuşdur, içkili olmamışdır, törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs Təbriz oğlu ilə Bərdə şəhəri Sultan Sarayının qarşısında dönmə manevri edərkən qarşıdan gələn yük maşının marqat etdiyini görmüşlər, lakin avtomobilin onlara yol vermək istədiyini və ya dayanma işarəsi verdiyini başa düşməyiblər, buna görə yola davam edərək, gələn avtomobilin qarşısına çıxmış, qəza anı qaçılmaz olmuş, hadisə baş vermişdir. Hadisə zamanı yüngül xəsarət almışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində Şahid2 bildirdi ki, yük avtomobili ilə Ağdam rayonu istiqamətində hərəkətdə olarkən 30 oktyabr 2024-cü il tarixdə, qarşıdan gələn avtomobilin dönmə işığını yanıdıraraq, sola dönmək istədiyini görmüşdür, ara məsafəsi az olduğundan ona yol vermək məqsədi olmadığından marqat edərək, dayanmasını bildirmək istəmişdir. Özü dayanmaq istəmədiyindən həmin qarşıdan gələn avtomobillə toqquşmuşdur, hadisə zamanı xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində Şahid1 bildirdi ki, 30 oktyabr 2024-cü il tarixdə, Bərdə şəhəri Bakı küçəsində hərəkətdə olan zaman VAZ 2106 markalı avtomobillə yük avtomobilinin qəza törətdiklərini görmüşdür, avtomobillərin toqquşması zamanı yük avtomobili yol kənarında olan dirəklərin birinə çırpılmış, həmin dirəkdə müşahdə kamerası olmuşdur, dirək müşahidə kamerası ilə birlikdə onun avtomobilinin üzərinə düşmüşdür, hadisə zamanı özü xəsarət almamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Təbriz oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 327.8-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Bərdə rayonu YPX-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs Təbriz oğlu 30 oktyabr 2024-cü il tarixdə saat 16.30 radələrində Bərdə şəhəri, Bakı küçəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 1459 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü Şəxs Təbriz oğlunda sərxoşluq əlaməti aşkar olunmamışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 1461 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü Şahid1 Məmməd oğlunda sərxoşluq əlaməti aşkar olunmamışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 1460 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü Şahid2 sərxoşluq əlaməti aşkar olunmamışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 889 saylı, xx.xx.2024-cü il tarixli Ekspert Rəyindəgöstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağbaldır-ayaq oynağının əzilməsi, gərilməsi, hərəkət məhdudluğu, sağ əlin V barmağının əsas falanqasının arxa səthinin, V əl daraq nahiyəsinin ovuc səthinin çapıq toxumaları (səthi əzilmiş-cırılmış yara izləri) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmya aiddirlər. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş BC003493 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi Şahid2 məxsusdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid2 xx.xx.1956-cı ildə Şamaxı rayonu Kolanı kəndində doğulmuşdur, Şirvan şəhəri, Hacıqəhrəmanlı kəndində yaşayır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş AB 794505 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, HOWO A7 6X4 yük markalı, 90JU726 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi AZENCO Açıq Səhmdar Cəmiyyətidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş HCİ 064422 seriyalı yük avtonəqliyyatı üçün yol vərəqəsindən görünür ki, 01-31 oktyabr 2024-cü il tarixdə HOWO A7 6X4 yük markalı, 90JU726 dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 idarə etmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş BC251553 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi Şahid1 məxsusdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş AA2053478 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid1 xx.xx.1970-ci ildə doğulmuşdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş AA 508806 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21061 minik markalı, 10KU806 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş ƏN-İİİ 493343 nömrəli etibarnamədən görünür ki, Şahid1 VAZ-21061 minik markalı, 10KU806 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Şəxs Təbriz oğlu tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatında göstərmişdir ki, ünvan 1ində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun dostudur. 30 oktyabr 2024-cü il tarixdə saat 16:30 radələrində nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi “Vaz 21063” markalı, 45- BC- 176 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, Bakı küçəsində hərəkətdə olan zaman üç yol ayrıcına çatdıqda sola dönüb yolayrıcından geriyə dönmə manevrini yerinə yetirmək istəyən zaman onunla əks istiqamətdən, təxminən 20-30 km/saat sürətlə, 20-25 metr məsafədən “Howo” A7 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmuşdur. Lakin tələsərək dönməni həyata keçirtmək istəyən zaman qarşı tərəfdən gələn həmin “Howo” A7 markalı avtomobil sürətlə hərəkət etdiyi üçün anidən onun avtobili ilə toqquşmuşdur. O, avtomobildən aşağı düşmüşdür. O, hadisə vaxtı baş nahiyyəsindən və dodaq nahiyyəsindən müxtəlif xəsarətlər almışdır. Onunla eyni avtomobildə qabaq oturacaqda olan sərnişin Zərərçəkmiş şəxs da topuq nahiyyəsindən və əl nahiyyəsindən müxtəlif xəsarətlər almışdır. Həmin yerə xeyli tanımadığı adamlar toplaşmışdır. Digər avtomobildə adını sonradan öyrəndiyi sürücü Şahid2 olduğunu bilmişdir. Lakin həmin şəxsdə xəsarət olub-olmadığını dəqiq bilməmişdir. Daha sonra o və dostu Zərərçəkmiş şəxs hadisə yerinə gələn ilkin tibbi yardım avtomobili ilə müayinə olunmaq üçün Bərdə Müalicə və Diaqnostika Mərkəzinə getmiş, müayinə olunduqdan sonra oradan çıxmışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Şahid1 tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatında göstərmişdir ki, o, Bərdə rayonu, Güloğlular kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdi işləmir. Taksi fəaliyyəti ilə məşğul olur. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququ verilmiş etibarnamə əsasında idarə etdiyim VAZ-21061 marka **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə saat 16:3 radələrində Bərdə şəhəri, Bakı küçəsində hərəkətdə olan zaman digər VAZ 2106 marka avtomobillə “Howo” A7 markalı avtomobilin üçyol ayrıcında toqquşma nəticəsində qəza törətdiklərini görmüşdür. Həmin avtomobillərin toqquşması zamanı “Howo” A7 markalı avtomobil yolun kənarında olan dirəklərin birinə dəydiyindən həmin dirəkdə olan kabellərin dartınma nəticəsində hərəkətdə olduğu yolun ona tərəf hissəsində səkinin kənarında olan müşahidə kameraları həmin dirəkdə olan kabellə əlaqəli olmasından nəticədə müşahidə kameraları dirəklə birlikdə onun idarə etdiyi nəqliyyat vasitəsinin üzərinə düşmüşdür. Nəticədə onun avtomobilinin qabaq ön şüşəsi və qabaq ön şüşədə olan şüşə siləninə ziyan dəymişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Şahid2 tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatında göstərmişdir ki, o, Şirvan şəhəri, N.Tusi küçəsi ev 96-da ailəsi ilə birlikdə yaşayır, hazırda "xxxx" ASC-də sürücü işləyir. O, işlədiyi "xxxx" ASC tərəfindən ona verilmiş “Howo” A7 56 dövlət qeydiyyat nişanlı yük avtomobilini yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Bərdə şəhəri, Bakı küçəsində “Howo” A7 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdam istiqamətində hərəkətdə olan zaman üç yol ayrıcına çatan zaman onunla əks istiqamətdən gələn “Vaz 21063” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 20 km/saatla gəldiyini görmüşdür. Həmin avtomobil üç yol ayrıcına keçmək üçün gəldiyi istiqamətdən sola dönmək məqsədilə dönmə işığını yandırmışdı. O, məsafə qısa olduğundan ona yol vermək fikrində deyildir. Ona marqat edərək dayanmasım bildirmək istəmişdir. Lakin, “VAZ 21063” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfində yerləşən yol ayrıcına dönmək üçün hərəkət edərək dönən zaman nəticədə həmin “Vaz 21063” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyim “Howo” A7 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Ardınca o, avtomobilindən aşağı düşmüşdür. O, hadisə vaxtı heç bir xəsarət almamışdır. Həmin yerə xeyli tanımadığı adamlar toplaşmışdır. Digər avtomobildə adın sonradan öyrəndiyi sürücü Şəxs Təbriz oğlunun və həmin avtomobildə qabaq oturacaqda əyləşən Zərərçəkmiş şəxs olduğu bildirilmişdir. Lakin həmin şəxslərdə xəsarət olub-olmadığını dəqiq bilməmişdir. Daha sonra onlar hadisə yerinə gələn ilkin tibbi yardım avtomobili ilə getmişdilər. Onun xəsarəti olmadığından o, xəstəxanaya getməmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Şəxs Təbriz oğlunun İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə zərərçəkmiş şəxsdir. Ona dəymiş ziyan ödənilib, Şəxs heç bir şikayəti və tələbi yoxdur. İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Təbriz oğlunun İXM-in 327.8-ci mаddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs Təbriz oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs Təbriz oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş üç yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs Təbriz oğluna inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəxsin şikayətçi olmaması, dəymiş ziyanın ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Təbriz oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Təbriz oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə görə tənbeh tətbiq edilməlidir. Babaşov X3 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Təbriz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə və Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim:Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-16/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-16/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver