Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-160/2025 25.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, barəsində X13 iş üzrə icraat aparılan şəxs Şəxs, X13 protokolu tərtib etmiş X8, zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.2004-cü ildə Bərdə rayonu, Qəhrəmanlı doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda müvəqqəti qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş X13 materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı X13 protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yolpatrul xidməti inspektoru X12 izahatında bildirdi ki, 24 mart 2025-ci il tarixdə Bərdə şəhəri, Bakı küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, barəsində X13 protokol tərtib edilmiş şəxs Şəxs sürücülük hüququ olmadan “BMW” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Bərdə şəhəri, Bakı küçəsindəı hərəkətdə olarkən, piyada keçidinin qarışısında piyadaya yol verən “Mercedes Benz” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi gözləmədən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, “Mercedes Benz” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər vurulmuşdur. Hadisə yeri müayinə olunduqdan sonra tərəfindən protokollaşdırılmış, hadisə yerinin sxemi tərtib edilmiş, tərəflərin izahatları alınaraq iş materiallarına əlavə edilərək müvafiq qərarın qəbul edilməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir, 24 mart 2025-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində avtomobillə hərəkətdə olan zaman, qarşı tərəfdə piyada keçidini gözləməkdə olan avtomobilə arxa tərəfdən çırpılmışdır, nəticədə xəsarət alan olmamışdır, avtomobillərə ziyan dəymişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və ehtiyyatsızlıqdan qəza törətdiyinə görə peşmandır. Məhkəmədən barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 izahatında göstərdi ki, 24 mart 2025-ci il tarixdə idarə etdiyi “Mersedes Benz” markalı avtomobili ilə Bərdə şəhəri, Bakı küçəsində hərəkətdə olarkən piyada keçidindən keçən piyadaya yol verən zaman arxadan gələn “BMW” markalı avtomobil onun avtomobilinin arxa hissəsinə dəymişdir, hadisə zamanı xəsarət almamışdır, maşında tək olmuşdur, lakin avtomobilinə ziyan dəymişdir. İnzibati işin materiallarına istinad: xx.xx.2025-ci il tarixli İXP nömrəli X13 Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 24 mart 2025-ci il tarixli 465 nömrəli X4 Müayinəsi barədə aktdan görünür ki, Şəxs sərxoşluq əlamətləri olmamışdır. 24 mart 2025-ci il tarixli 464 nömrəli X4 Müayinəsi barədə aktdan görünür ki, X1 əlamətləri olmamışdır. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 27 mart 1984-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx xxxx 2004-cü ildə doğulmuşdur. AE242400 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, X2 hüququ verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməsindən görünür ki, Mersedes Benz E320 minik markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətində qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməsindən görünür ki, BMV 318 minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətinə qeydiyyata alınmışdır. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə X13 xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolla sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş X13 icraat materiallarrı ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində X13 iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir və Şəxs məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-160/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-160/2025
25.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver