Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1615/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonu, Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Samux kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin YPXB-nin YPX inispektoru Berxudarov Bahadur raportla məruzə edərək xx.xx.2023-cü il tarixdə günorta saatlarında Şəxs idarə etdiyi Hunday Elentra markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayon Samux kəndi ərazisində hərəkətdə olan zaman idarə etməni itirərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə özü və sərnişin X7 xəsarət almışdır. Həmin məlumat xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabının 3161 nömrə ilə qeydiyyata alınaraq icrası Bərdə Rayon Polis Şöbəsinin polis mayoru X4 tərəfindən araşdırma aparılmışdır.Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün Bərdə rayon X10 X13 göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında protokol tərtib edən şəxs və ya həmin orqanın nümayəndəsi, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak etməmişdir. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib edilmişdir və Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati xəta haqqına iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Şəxs – xx.xx.1991-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/3161 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində olan 958 nömrəli sərxoşluq aktında qey edilib ki, xx.xx.2023-cü il tarixdə saat 13:00-da Şəxs sərxoş olmamışdır. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X5 barəsində olan 959 nömrəli sərxoşluq aktında qeyd edilib ki, xx.xx.2023-cü il tarixdə saat 13:00-da X1 olmamışdır. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 585 nömrəli rəyindən görünür ki, vət: X5 bədəni üzərindən məhkəmə- tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol xarici qulaq nahiyəsinin kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, alın, sol almacıq nahiyəsinin sıyrıqları sol said nahiyəsinin əszilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixǝ - yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər və qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aididirlər. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 586 nömrəli rəyindən görünür ki, vət: Şəxs bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alının sol yarısının, sağ gözün bayır bucağı nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Bərdə RDYPB polis mayoru X8 tərəfindən tərtib edilmiş İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da idarə etdiyi X11 markalı 90ZN336 dövlət qeydiyyat nişanlı avtomobil İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu, Samux kəndində yaşayan Şəxs sürücülük hüququ olmaqla, idarə etmə hüququ olmaqla, sərxoş olmadan idarə etdiyi Hyundai Elantra markalı ağ rəngli ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayon Samux kəndində kəndin mərkəzi istiqamətində hərəkətdə olmuş, bu zaman yolun hərəkət şəraitinə uyğun hərəkət sürəti seçməyərək idarə etməni itrmiş nəticədə onun avtomobili yolun sağ kənarında yerləşən elektirik dirəyinə daha sonra isə mişar daşlarından inşa edilmiş daş hasara vurmuş və nəticədə ehtiyatsızlıqdan özü Şəxs alının sol yarısının, sağ gözün bayır bucağı nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlər almışdır. Hadisə zamanı avtomobilin sağ qabaq oturacağında sərnişin qismində ǝyyləşmiş X7 ehtiyatsızlıqdan sol xarici qulaq nahiyəsinin kəsilmiş yarası, alın, sol almacıq nahiyəsinin sıyrıqları sol said nahiyəsinin əszilmiş yarası ilə nəticələnən yüngül bədən xəsarətləri almışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokolla və iş materialları ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsidir. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1615/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1615/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver