Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-162/2021 11.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26.01.2021-ci il tarixdə Bərdə şəhəri Fizuli küçəsi ev 10-da yaşayan X1 həyətinin qaracından 70 manat dəyərində soklar və tualet kağızları oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.02.2021-ci il tarixdə Bərdə rayonu Cəyirli kəndində yaşayan X6 məxsus 9** FK *** dövlət nişanlı avtomobilindən Bərdə şəhər Füzuli küçəsində 1 ədəd maqnitafon oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.10.2021-ci il taridə Bərdə şəhəri Füzuli küçəsi təzə məhlələr massivində yaşayan X4 evinin qapısının qıfılını qıraraq 335 manat dəyərində ev əşyalarını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X3 Anar Sahib oğlunun Bərdə şəhəri Elçin Əsədov küçəsində yerləşən evi həyətindən 2 ədəd su krantı, 1 ədəd tualet tuju 1 ədəd su kaçalkası, 6 ədəd işıq plafonu, 1 ədəd balta və 1 ədəd çəkiç oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-161/2021, 3(021)-162/2021, 3(021)-163/2021,3(021)- 164/2021 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 11 fevral 2021-ci il tarixdə saat 15:30-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. H a k i m Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-162/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-162/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver