Məhkəmə qərarları › İş №3(021)-162/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-162/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-162/2025 06.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, şikayət vermiş şəxsin müdafiəçisi Vəkil Bünyət oğlunun iştirakı ilə, X5 Şahin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3, 332.3 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilən X4 məhkəməyə şikayət verərək ona yazılan DİN BDYPİ-nin EQ 25229371 saylı xx.xx.2024-cü il tarixli, EQ 25539990 saylı xx.xx.2025-ci il tarixli, EQ 25795877 saylı xx.xx.2025-ci il tarixli, EQ 26103743 saylı xx.xx.2025-ci il tarixli, EQ 26103743 saylı xx.xx.2025-ci il tarixli, EQ 26378970 saylı xx.xx.2025-ci il tarixli, EQ 26540547 saylı xx.xx.2025-ci il tarixli və EQ 26540576 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında elektron qərarların ləğv edilməsi və bu qərarlarla bağlı olaraq ona dair BDYP tərəfindən tətbiq edilən bütün məhdudiyyətlərin götürülməsi barədə qərar qəbul edilməsini xahiş edərək qeyd etmişdir ki, həmin qərarlar ona qanunsuz olaraq yazılmış və ona əsassız olaraq cərimə tədbirləri tətbiq edilmişdir, belə ki, o, Bərdə rayonu ərazisində işləyir, işə əlavə edilmiş elektron qərardakı şəkildən isə avtomaşının Quba-Qusar dağlıq yolunda qayda pozması qeyd edilir ki, həmin maşının qeydiyyat nişanı oxunmur və şəkildən həmin avtomaşının ona məxsus avtomobil olmaması məlum olur. Belə olan halda hansı əsasla ona məxsus “X7” Yük markalı ** MS *** qeydiyyat nişanlı avtomobilə cərimə yazılması məlum olmur. Buna görə hesab edir ki, həmin inzibati qərarlar ləğv edilməlidir. Məhkəmə iclasında X2 müdafiəçisi Vəkil ərizəni müdafiə edərək əsas şikayətlərinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 25229371 nömrəli inzibati tənbeh vermə haqqında qərardan olduğunu, digər elektron qərarların həmin qərardan doğduğunu, bu səbəbdən xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı, 64204435 nömrəli şəxsiyyət vəsiqəsinin görünür ki, X4 xx.xx.1986-ci ildə doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçsının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 382 nömrəli, 30 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri M.F.Axundov küçəsi ev 40-da yaşayır. İşdə olan DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli ,EQ 25229371 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, X4 idarə etdiyi X7 Yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə Quba-Qusar yolunun Dağlı kəndi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və nəticədə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə 3 bal təyin edilmişdir. İşdə olan DİN BDYPİ-nin 15 fevral 2025-ci il tarixli , EQ 26103743 nömrəli, inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 idarə etdiyi X7 Yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşdə olan DİN BDYPİ-nin 15 fevral 2025-ci il tarixli , EQ 26120902 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 idarə etdiyi X7 Yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşdə olan DİN BDYPİ-nin 10 mart 2025-ci il tarixli EQ ********* nömrəliinzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 idarə etdiyi X7 Yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşdə olan DİN BDYPİ-nin 10 mart 2025-ci il tarixli , EQ 26120902 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 idarə etdiyi X7 Yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə İXM nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İXM-in 327.7-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 327.1 2, 327.2- 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İXM-in 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli elektron qərarın fotoşəklində əks olunmuş “X7“ markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının “**-MS-***“ olması və ya **-MS-*** dövlət nömrə nişanın hansı avtonəqliyyat markasına və modelinə məxsusluğunun araşdırılmasına zərurət var. Belə ki, xüsusi texniki vasitə ilə çəkilən fotoşəkildəki “Mercedes-Benz Sprinter” yük avtomobilinin dövlət qeydiyyat nişanı tam olaraq görünmür. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikasl İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 25229371 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar