Məhkəmə qərarları › İş №3(021)-163/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-163/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-163/2022 21.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, orta təhsilli,işləməyən, subay, İİİ dərəcə əlil, Azərbaycan Vətən müharibəsi veteranları İctimai Birliyinin üzvü, Bərdə şəhəri, M.Cəfərov küçəsi ev 52-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Bərdə şəhəri X4 müvəqqəti duracağında ictimai qaydanı pozaraq hüquq pozuntusuna yol verilib və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs oğlu 12 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Bərdə şəhəri İ. Qaibov küçəsində işıqforda dayanarkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, baxış keçiriləndə məlum olub ki, sürücülük vəsiqəsi yoxdur, eyni zamanda avtomobildə konstruksiya dəyişikliyinə görə əməkdaşlar tərəfindən saxlanılmışdır. Aralarında mübahisə yaranıb. Dəfələrlə nizam –intizama dəvət olunsa da polisin qanuni tələblərinə tabe olmayıb. Öz səhfini etiraf edir, İİİ dərəcəli əlildir, müharibə iştirakçısıdır, hal-hazırda işləmir. Törətdiyi əməlin qanunazidd olduğunu anlayıb. Nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə söhbətlər aparıldı. Qanuna müvafiq qaydada qeydiyyata salınıb. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, kiçik bir anlaşılmazlıqdır, səhvini başa düşüb. Əməlindən səmimi peşmandır. Məhkəmədən həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq etməsini xahiş etdi. İş materiallarında olan 10602 saylı 15 aprel 2021-ci il tarixli “Xəstəlik haqqında” şəhadətnamədən görünür ki, Şəxs partalayış yaralanması, kəsilmiş sağ peroneal sinir posttravmatik neyropatiyasının dərin distal parezilə nəticələnmiş qalıq əlaməti, funksiyasının mülayım dərəcədə pozulması ilə. Sağ bud sümüyününü lateral kondilusunun bitişmiş sınığı. İş materiallarından görünür ki, Şəxs İİİ qrup müharibə əlilidir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Vətən müharibəsi veteranları İctimai Birliyinin üzvüdür. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 21 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar