Məhkəmə qərarları › İş №3(021)-1637/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1637/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1637/2023 27.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: “ASİCO" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 21 sentyabr 2023-cü il tarixli, 00800- 00586/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, hüquqi şəxs Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar 28 mart 2018-ci il tarixli **********4282 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 165 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 208,5 manat, 29 mart 2023-cü il tarixli **********4375 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 534 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 907,8 manat, 04 aprel 2018-ci il tarixli **********5593 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3 ABŞ dolları, yəni həmin bəyannamənın 45-ci qrafasına əsasən 5,10 manat, 26 aprel 2018-ci il tarixli **********9464 sorğu nömrəli gomrük bəyannaməsi üzrə 1680 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 2856 manat, 07 iyul 2018-ci il tarixli **********6847 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2772 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 4712,40 manat, 07 may 2019-cu il tarixli **********8180 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2948,40 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5012,28 manat və 27 may 2019-cu il tarixli **********4774 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3500 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5950 manat dəyərində olmaqla ümumi məbləği 11602,4 ABŞ dolları, yəni 19724.08 manat təşkil edən mallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə bəyan edərək Azərbaycan Respublikasından konsiqnasiya yolu ilə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda həmin gömrük bəyannamələri üzrə malların dəyərininin qalıq hissəsini qaytarmayaraq, milli valyutaya nisbətdə ümumi məbləği 19724,08 manat təşkil edən 11602,4 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinə və barəsində inzibati icraat aparılan “ASİCO" MMC-nin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin və barəsində inzibati icraat aparılan “ASİCO" MMC-nin nümayəndəsininiştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, 04 aprel 2018-ci il tarixli **********5593 sorğu nömrəli gömrük bəyannaməsi, 28 mart 2018-ci il tarixli **********4282 sorğu nömrəli gömrük bəyannaməsi, 29mart 2018-ci il tarixli **********4375 sorğu nömrəli gömrük bəyannaməsi, 26 aprel 2018-ci il tarixli **********9464 sorğu nömrəli gömrük bəyannaməsi, 07 iyul 2018-ci il tarixli **********6847 sorğu nömrəli gömrük bəyannaməsi, 07 may 2019-cu il tarixli **********8180 sorğu nömrəli gömrük bəyannaməsi, 27 may 2019-cu il tarixli **********4744 sorğu nömrəli gömrük bəyannaməsi əsasında "Truffle" yerdombalanı və bağ çiyələyi adlı yüklər ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac Əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsignasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İxrac edilən malların müqabilində 11602,4 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesabınıza köçürülməmişdir, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya Əməliyyatları üzrə hesabat" bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş 28 mart 2018-ci il tarixli **********4282 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 165 ABŞ dolları, 29 mart 2023-cü il tarixli **********4375 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 534 ABŞ dolları, 04 aprel 2018-ci il tarixli **********5593 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3 ABŞ dolları, 26 aprel 2018-ci il tarixli **********9464 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1680 ABŞ dolları, 07 iyul 2018-ci il tarixli **********6847 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2772 ABŞ dolları, 07 may 2019-cu il tarixli **********8180 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2948,40 ABŞ dolları və 27 may 2019-cu il tarixli **********4774 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3500 ABŞ dolları dəyərində olan mallar konsignasiya yolu ilə ixrac etdildikdən sonra həmin malların müqabilində qaytarılmalı olan yuxarıda qeyd edilən vəsaitlərin ödənişi köçrümə yolu ilə hüquqi şəxsin müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi hələ də təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı Elçin Abdullayev tərəfindən tərtib olunmuş raportdan görünür ki, baş vermiş inzibati xəta hadisəsi faktı Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 34/012/016553 nömrəli raportu əsasında 02 iyun 2023-cü il tarixdə aşkar edilmiş və bundan bir il müddət keçməmişdir. Toplanılmış materiallardan göründüyü kimi hüquqi şəxs "xxxx" MMC apardığı xarici iqtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı, yəni qanunun tələbindən irəli gələrək bu müddəti ötürməməli olduğu halda buna dair normaların tələblərinə riayət etməmiş, inzibati araşdırma başlanana qədər ünvanlanmış xəbərdarlıq və bildirişi almasına və inzibati araşdırma zamanı xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilən vəsaitləri müvəkkil bank hesabına köçürməmişdir. Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması təmin edilməmiş, yalnız kənardan müdaxilə nəticəsində, yəni gömrük prosedurları və ödənişləri Şöbəsinin 34/012/016553 nömrəli raportu əsasında 02 iyun 2023-cü il tarixdə aşkar edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Baş İdarənin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olan müvafiq raporta (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) asasən müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 28 mart 2018-ci il tarixli **********4282 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 165 ABŞ dolları, yəni həmin bayannamənin 45-ci grafasına əsasən 208,5 manat, 29 mart 2023-cü il tarixli **********4375 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 534 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına asasən 907,8 manat, 04 aprel 2018-ci il tarixli **********5593 sorğu nömrəli gömrük bəyannaməsi izra 3 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5,10 manat, 26 aprel 2018-ci il arixli **********9464 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1680 ABŞ dolları, yəni həmin bayannamənin 45-ci grafasına əsasən 2856 manat, 07 aprel 2018-ci il tarixli **********6847 sorğu ömrəli gömrük bəyannaməsi üzrə 2772 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına asasən 4712,40 manat, 07 may 2019-cu il tarixli **********8180 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2948.40 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5012,28 manat və 27 may 2019-cu il tarixli **********4774 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3500 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci grafasına əsasən 5950 manat dəyərində olmaqla Ümumi məbləği 11602,4 ABŞ dolları, yəni 19724.08 manat təşkil edən mallar konsiqnasiya yolu ilə xrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində Vesaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. "xxxx" MMC tərəfindən isə ixrac edilən vəsaitlər müvəkkil bankdakı hesabına köçürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə "xxxx" MMC-yə hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, eləcə də onun xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması faktları məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, "xxxx" MMC-yə cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaq. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini əldə rəhbər tutub QƏRARAALDİ İnzibati xəta törətmiş "xxxx" X2 Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və 5917,22 (beş min doqquz yüz on yeddi manat iyirmi iki qəpik) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar