Məhkəmə qərarları › İş №3(021)-1640/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1640/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1640/2023 03.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X5 iclas katibliyi, Bərdə rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, evli, Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 oktyabr 2023-cü il tarixdə Bərdə şəhəri “Saray dairəsi” adlanan ərazidə vətəndaş X1 təhqir etmiş və telefonunu sındırmışdır. Məhkəmə iclasında Bərdə rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X12 izahatında göstərdi ki, Bərdə rayon Əliyanlı kəndində yaşayan X4 09 noyabr 2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 09 noyabr 2023cü il tarixdə Bərdə rayon Saray dairəsi adlanan ərazidə olan zaman Mersedes markalı **- KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı sürücüsü onunla mübahisə etmiş, daha sonra avtomobildə olan tanımadığı iki nəfər sərnişin avtomobildən düşərək ona hücum etmiş, onlardan biri onun telefonunu alaraq yerə tullamış, yaxasından tutaraq dartmış və nalayiq sözlərlə onu təhqir etmişdir. Məhkəmədən X6 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərdi ki, o, sosial şəbəkələrdə "Zahir Prezidentə DəstəkTV" kanallarının sahibidir və fərdi bloggerliklə məşğul olur. 09 noyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Bərdə şəhər Saray dairəsi adlanan yerdə 1 nömrəli avtobusdan düşərək yolu keçmək istəmiş, həmin vaxt yolu keçən Mersedes markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil dayanaraq ona yol vermişdir. O, isə sürücüyə bildirmişdir ki, o, piyada keçidindən keçəcəkdir. Həmin vaxt avtomobilin sürücüsü ona aqressiv hərəkətlərlə yolu keçməyini bildirmişdir. O, həmin vaxt yolu keçmişdir. Lakin həmin avtomobil bir qədər geriyə dönərək avtomobili onun qarşısına vermiş və onun qarşısını kəsmişdir. Avtomobildə olan 2 nəfər sərnişin avtomobildən düşmüş və onun üzərinə hücum etmişdir. Lakin sürücü avtomobildən düşməmişdir. Sərnişinlər isə ona hücum etmiş və onu nalayiq ifadələrlə təhqir etmişdir. avtomobilin qabaq sərnişin yerində oturan şəxs onun əlindən mobil telefonunu alaraq yerə vurmuş və iki əli ilə onun yaxasından tutaraq dartmışdır. Həmin vaxt ətrafa kənar şəxslər yığışmış, ətrafda olan şəxslərin köməyi ilə həmin şəxslər ondan uzaqlaşmışdır. Lakin onlar avtomobilə əyləşib getdikdən bir qədər sonra avtomobili yenidən saxlamış həmin sərnişin yenidən avtomobildən düşərək onun üstünə hücum etmişdir. lakin ətrafda olan şəxslər yenə həmin şəxsin onu vurmağa qoymamışdır.onun heç bir xəsarəti yoxdur, həmin şəxs sadəcə olaraq onun yaxasından tutaraq dartmışdır və əlində olan mobil telefonu əlindən alaraq yerə vurmuşdur. O, həmin şəxsləri tanımır, lakin görsə onları xatırlayar. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə saat 17:30 radələrində dostu Üzeyirə məxsus Mersedes markalı avtomobil ilə Bərdə rayon Saray dairəsi adlanan yerdən hərəkətdə olan zaman bir nəfər tanımadığı şəxs piyada keçidi olmayan yerdən yolu keçən zaman o, avtomobili saxlamış və ona yol vermişdir. lakin o, yolu yavaş-yavaş keçmiş və o, həmin şəxsə pəncərədən bildirmişdir ki, ona yol verməli deyildir, heç olmasa başı ilə sağol desin. Lakin həmin vaxt o, ona söyüş söymüş və yolu keçmişdir. O, yolun hərəkət hissəsi ilə avtomobili döndərmiş və avtomobili saxlamışdır. Həmin vaxt avtomobildə arxada oturan Surət adlı şəxs avtomobildən düşərək həmin şəxsə yaxınlaşmış və nə üçün söyüş söydüyünü demişdir. həmin vaxt həmin şəxs yaxşı etdiyini bildirmişdir. Həmin şəxs orada gözləməklərini, onlara göstərəcəyini demişdir. həmin vaxt ətrafda olan şəxslər onlara onun jurnalist olduğunu, ondan şikayət edəcəyini demişdir. həmin Surət avtomobilə əyləşmiş və o, maşını sürən zaman həmin şəxs telefon ilə maşının şəklini çəkmişdir. bu zaman onun telefonu əlindən düşmüşdür. hadisə vaxtı həmin şəxsi heç kim vurmamışdır, onun yaxasından dartmamışdır, nə də onun mobil telefonunu əlindən alıb yerə vurmamışdır. avtomobil dostu Üzeyirə məxsus olmuşdur, avtomobili o, idarə etmişdir. Üzeyir qabaqda sağda sərnişin yerində əyləşmişdir, arxada isə Surət adlı şəxs olmuşdur. həmin vaxt o, avtomobildən düşməmiş, həmin şəxslə Surǝt danışmışdır. Lakin Surət onu vurmamış, yaxasından dartmamışdır. Məhkəmə iclasında şahid X9 izahatında göstərmişdir ki, hadisə zamanı X4 onunla telefonla danışırdı. Telefon danışığı zamanı qışırıq səsləri eşitmiş, lakin sonra isə əlaqə kəsilmiş və teleonun yerə düşdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid X11 izahatında göstərmişdir ki, hadisə onun işlətdiyi köşkün qarşısında baş vermişdir. O köşkdə olarkən səs küy eşitmiş, lakin hadisənin necə baş verməsini görməmiş, şahidi olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 09 oktyabr 2023-cü il tarixdə həmkəndlisi olan Roman adlı şəxsin idarə etdiyi avtomaşında Bərdə şəhərində “Tərtər körpüsü”-dən “Köhnə Bazar” istiqamətində hərəkətdə olarkən bir nəfər şəxsin piyada keçidi olmayan yerdən yəni, “Saray dairəsi” adlanan yerdən keçərkən qəfiltən avtomaşının qarşısına çıxmış bu zaman Roman avtomobili saxladı və həmin şəxsə piyada keçidindən istifadə etməli olduğunu bildirdi. Lakin həmin şəxs əsəbi halda Romana “sən nə demək istəyirsən”, “get işinlə məşğul ol” kimi ifadələr işlətmiş, daha sonra mübahisə etməyə başlamışlar. Bu zaman Şəxs mübahisənin daha çox uzanmaması üçün müdaxilə etmiş, lakin həmin şəxs ona da etiraz etmiş və təhqir etmişdir. Bu zaman Şəxs avtomobildən enərək ona yaxınlaşıb nə demək istədiyini soruşmuş o isə ona əl vurmamağı bildirmişdir. Şəxs ona vurmamış onu təhqir etməmişdir. Sadəcə olaraq avtomobilə əyləşərək uzaqlaşmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X12 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 03 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 09 oktyabr 2023-cü il tarixdə Bərdə şəhəri “Saray dairəsi” adlanan ərazidə vətəndaş X1 təhqir etmiş və telefonunu sındırmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 03 noyabr 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar