Məhkəmə qərarları › İş №3(021)-1650/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1650/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1650/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, 01 sentyabr 1992-ci il tarixdə Bərdə rayonu Mollalı kəndində doğulmuş, fərdi əməklə məşğul olan, subay, Bərdə rayonu Mollalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 07 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 07 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə Rayon Məhkəməsinin 2(021)-3094/2022 saylı 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 xeyrinə 5070 manat məbləğində borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmənin qərarını üzürsüz səbəbdən icra etməmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 07 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, MN ******* saylı 07 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə Rayon Məhkəməsinin 2(021)-3094/2022 saylı 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 xeyrinə 5070 manat məbləğində borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmənin qərarını üzürsüz səbəbdən icra etməmişdir. Bununlada icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, hal hazırda yaranmış borcdan 100 manat ödəniş etmişdir. Hazırda məhkəmədən ona köməklik göstərilməsini, yaranmış borcla bağlı isə ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 bildirdi ki, Şəxs tələbkara 100 manat ödəniş etməsini və bundan sonra yaranmış borcdan mütamadi olaraq ödənişlər edəcəyinə söz verməsini nəzərə alaraq Şəxs barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, MN ******* saylı 07 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə Rayon Məhkəməsinin 2(021)- 3094/2022 saylı 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 xeyrinə 5070 manat məbləğində borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmənin qərarını üzürsüz səbəbdən icra etməmişdir. Lakin barəsində inzibati icraat aparılan Şəxs üzərinə həbs qoyula biləcək əmlak müəyyən edilməmiş, hazırkı vəziyyətdə protokol düzgün tərtib edilməmiş, iş materiallarına sənədlər əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar