Məhkəmə qərarları › İş №3(021)-1652/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1652/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1652/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 04 sentyabr 1987-ci il tarixdə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(021)-2134/2023 saylı icra sənədinə əsasən 15 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödəməli olduğu halda, Şəxs 1260 (min iki yüz altmış) manat aliment borcu yaranmışdır. Yaranmış borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(021)-2134/2023 saylı icra sənədinə əsasən 15 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödəməli olduğu halda, Şəxs 1260 (min iki yüz altmış) manat aliment borcu yaranmışdır. Yaranmış borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Lakin bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X6 izahatında göstərdi ki, Şəxs onlara olan cəmi 1260 (min iki yüz altmış) borcdan heç bir ödəniş edilməmişdir. Övladı arada atasında, arada da anasında qalmışdır. Borcunun ödənilməsini və qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, 22 iyun 2023-cü il tarixli, 2(021)-2134/2023 saylı icra sənədinə əsasən 15 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödəməli olduğu halda, Şəxs 1260 (min iki yüz altmış) manat aliment borcu yaranmışdır. Lakin yaranmış borcu tam şəkildə ödəməyə imkanı olmamışdır. Bundan əlavə X8 bir neçə ay onunla qalmış, buna görə də aliment borcu düzgün hesablanmamışdır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə daxil edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, aliment borcu düzgün olaraq hesablanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, MN ******* saylı 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bərdə Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(021)-2134/2023 saylı icra sənədinə əsasən 15 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödəməmiş, icra məmurunun qanuni tələblərinə tabe olmamağı göstərilmiş olsa da, 15 avqust 2014-cü il təvəllüdlü X4 atası ilə bir neçə ay qalması faktı qeyd olunmamış, bununlada aliment borcu düzgün hesablanmamışdır. Belə olan halda Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətaya düzgün qiymət verilməmiş, yetkinlik yaşına çatmayan uşağn konkret olaraq hansı aylarda atasında qalmağı müəyyən edilməmiş, həmin ayların aliment borcu nəzərə alınamalı olduğu halda nəzərə alınmış və iş materiallarına bütün sənədlər tamlıqla əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon İcra və probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar