Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-169/2025 14.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi, Yevlax-Ağdam Laçın yolunun 17-ci km Xİİİ Tağımın Polis baş serjantı X4, inzibati xəta törədən şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Hüseynov X2 Xətalar Məcəlləsinin (bundan sonra İXM) 334.3-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Yevlax-Ağdam Laçın yolunun 17-ci km Xİİİ Tağımın Polis baş serjantı X6 tərəfindən 28 mart 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs 28 mart 2025-ci il tarixdə idarə etdiyi “VAZ2105 minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və ya yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Bununla da İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Yevlax-Ağdam Laçın yolunun 17-ci km Xİİİ Tağımın Polis baş serjantı X6 verdiyi izahatında göstərmişdir ki, Şəxs 28 mart 2025-ci il tarixdə saat 16:50 radələrində idarə etdiyi ““VAZ2105 minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax-Laçın Yolunun 23-cü kilomentriliyində hərəkətdə olarkən digər avtomobilin hərəkət zolağına çıxaraq həmin avtomobili vurmuş, nəticədə avtomobilə ziyan dəymişdir. Şəxs hadisə zamanı içkili vəziyyətdə olmuşdur. Şəxs barəsində 28 mart 2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirmişdir. Məhkəmə tərəfindən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 28 mart 2025-ci il tarixdə saat 16:50 radələrində idarə etdiyi avtomobildə hərəkətdə olan zaman içkili olduğundan idarə etməni itirərək hərəkətdə olan digər avtomobili vurmuşdur. Hadisə vaxtı heç kim xəsarət almamışdır. Törətdiyi əməldən peşmandır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 334.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax-Ağdam Laçın yolunun 17-ci km Xİİİ Tağımın Polis baş serjantı X6 tərəfindən 28 mart 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 mart 2025-ci il tarixdə idarə etdiyi “VAZ2105 minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və ya yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Bununlada İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 334.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İş matariallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları” na dair əlavə olan “Sərxoşluq vəziyyətinini tibbi müayinəsi” haqqında 503 nömrəli, 28 mart 2025-ci il tarixli aktdan görünür ki, Şəxs ağır dərəcədə alkoqol sərxoşluq müəyyən edilmişdir. İXM-in 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 28 mart 2025-ci il tarixdə idarə etdiyi “VAZ2105 minik” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və ya yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 334.3-cü maddəsi ilə xx.xx.2025-cü il tarixli İXP İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirilmişdir. Avtomobili idarə edərkən inzibati xəta törədən şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, habelə inzibati xətaya görə təqsir nəzərdə tutulan maddənin sanksiyasında cərimə və inzibati həbs nəzərdə tutulmasını və sanksiyada olan cərimənin məbləğinin konkret olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tədbiri olan inzibati cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, hadisəni qəsdən törətməməsini və ilk dəfə inzibati xəta törətməsini, hadisə nəticəsində maddi ziyan dəyən şəxsin şikayətinin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi yolu ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 334.3-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-169/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-169/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver