Məhkəmə qərarları › İş №3(021)-17/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-17/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-17/2023 10.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 10 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə Bərdə şəhər Təzə Bazar adlanan ərazidə uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, xx.xx.2023cü il tarixdə Bərdə rayon Güloğlular kəndində yerləşən Təzə Bazar adlanan ərazidə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 ilə X4 xidmətdə olan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq onlara qarşı uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Onlar həmin şəxsin sərxoş olduğunu görərək onu dəfələrlə nizamintizama dəvət etsələr də həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirǝrǝrǝk aqressiv şəkildə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğu üçün barəsində protokol tərtib ediləcəyini bildirərək Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Həmin şəxs həmin ərazidən qaçaraq uzaqlaşmaq istədikdə onlar həmin şəxsi tutaraq Polis şöbəsinə gətirən zaman həmin şəxs onlara əl-qol hərəkətləri etmişdir. Onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişlər Polis şöbəsində müəyyən oldu ki, həmin şəxs Şəxsdur. Bundan sonra tərəfindən Şəxs barəsində 10 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, sərxoş olduğundan hərəkətlərini idarə edə bilməmişdir. Hazırda əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında X4 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Güloğlular kəndində yerləşən Təzə Bazar adlanan ərazidə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Məcid Cəfərov ilə xidmətdə olan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq onlara qarşı uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Onlar həmin şəxsin sərxoş olduğunu görərək onu dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirǝrǝrǝk aqressiv şəkildə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğu üçün barəsində protokol tərtib ediləcəyini bildirərək Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Həmin şəxs həmin ərazidən qaçaraq uzaqlaşmaq istədikdə onlar həmin şəxsi tutaraq Polis şöbəsinə gətirən zaman həmin şəxs onlara əl-qol hərəkətləri etmişdir. Onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişlər və şöbədə müəyyən olunmuşdur ki, həmin şəxs X7r. Məhkəmə iclasında X6 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Güloğlular kəndində yerləşən Təzə Bazar adlanan ərazidə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Süleyman Sədiyev ilə xidmətdə olan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq onlara qarşı uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Onlar həmin şəxsin sərxoş olduğunu görərək onu dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələbinə tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirǝrǝrǝk aqressiv şəkildə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsə İXM-nin 510-cu maddəsinin tələblərini pozduğu üçün barəsində protokol tərtib ediləcəyini bildirərək Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Həmin şəxs həmin ərazidən qaçaraq uzaqlaşmaq istədikdə onlar həmin şəxsi tutaraq Polis şöbəsinə gətirən zaman həmin şəxs onlara əl-qol hərəkətləri etmişdir. Onlar həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişlər və şöbədə müəyyən olunmuşdur ki, həmin şəxs X7r. Məhkəmə iclasında X3 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Təzə Bazar adlanan ərazidə işdən çıxıb evə gedən zaman 1 nəfər şəxsin uca səslə polisin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Həmin şəxs sərxoş idi və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz qanunsuz əməllərini davam etdirərək polis əməkdaşlarına əl-qol hərəkətləri etməyə başlamışdır. Sonradan həmin şəxs X9 olduğunu bilmişdir. Məhkəmə iclasında Vüqar Abbasov iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə rayon Təzə Bazarda fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə Təzə Bazar 1 nəfər şəxsin uca səslə polisin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Həmin şəxs sərxoş idi və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, öz qanunsuz əməllərini davam etdirərək polis əməkdaşlarına əl-qol hərəkətləri etməyə başlamışdır. Sonradan həmin şəxs X9 olduğunu bilmişdir. İşdə olan 10 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə Bərdə şəhər Təzə Bazar adlanan ərazidə uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İşdə olan İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 09 yanvar 2023-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli 603 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından göünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:35 radələrində müayinəsi zamanı ağır dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, şahid ifadələri arasında ziddiyət olduğundan, şüphəli hallar isə təqsirləndirilən şəxsin xeyrinə həll olunduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 510-cu maddəsi üzrə zərərçəkmiş şəxs olmalıdır. İnzibati materiallarda zərəçəkmiş şəxsin tanınması haqqında qərar olmamışdır. Belə olan halda Şəxs hərəkətlərində İXM-nın 510-cu maddəsinin tərkib əlamətlərinin yaranması şübhə altına atır. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallar və şahid ifadələri ilə təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Bu halı Şəxs da etiraf edərək bildirdi ki, onun polisdən qaçması yadına düşür. Belə ki, polis ona dayan əmri vermiş, o isə özünün dediyi kimi sərxoş olduğundan polisə müqavimət göstərməsi, həmçinin sonradan tutularkən polis şöbəsinə getmək istəməməsi inzibati xəta tərkibini yaradır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, İXM-in 33.1.7-ci maddəsinə əsasən Şəxs tərəfindən inzibati xətanın sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində inzibati qaydada tutulsa da, tutularkən ağır dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, məhkəmə iclas zalında özünü tam sərbəst aparmışdır, odur ki, onun ayıldığı vaxt protokolun məhkəməyə daxil olduğu vaxt, yəni 10 yanvar 2023-cü il tarix , saat 12:21–dən hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 yanvar 2023-cü il tarixdən, saat 12:21–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar