Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1712/2023 23.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Qazax rayonu, Ürkməzli kəndində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, Qazax rayonu, Ürkməzli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Kətəlparaq kəndi ərazisindən keçən 39-cu kilometrliyində, sürücü xx.xx.1992-ci il təvəllüdlü Qazax rayonu, Ürkməzli kəndində yaşayan Şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus olan "Ford Cargo 4142 D yük" markalı, **-JR-*** dövlət qeydyyat nişanlı avtomobillə sürücü xx.xx.1986-cı il təvəllüdlü, Oğuz rayonu, Padar kəndində yaşayan X2 idarə etdiyi "xxxx" MMC-yə məxsus olan "Ford Cargo 3535 D yük" markalı, **- JS-*** dövlət qeydyyat nişanlı avtomobil toqquşmuş, nəticədə "Ford Cargo 3535 D yük" markalı, **-JS-*** dövlət qeydyyat nişanlı avtomobilin sürücüsü X5 xəsarət alaraq Bərdə rayon Diaqnoztika Mərkəzinə müraciət etmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına göndərilmişdir. Ona görə də Xİİİ tağım polis kapitanı X11 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Qazax rayonu, Ürkməzli kəndində yaşayır və “Körpü-Bina-Tikinti" MMC-də sürücü işləyir. Onun idarə etdiyi "Ford Cargo 4142 D yük Özüboşaldan" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil işlədiyi "xxxx" MMC-yə məxsusdur. Həmin avtomobili BCDE kateqoriyalı sürüclük hüququ və yol vərəqi əsasında idarə edir. Hazırda isə “Körpü-Bina-Tikinti" MMC-nin tərkibində Yevlax-Ağdam-Laçın yolunun tikintisində saat 08 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus "Ford Cargo 4142 D yük Özüboşaldan markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə asfalt yığıb tikinti gedən əraziyə daşıyırmış, həmin günü yəni, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi “Ford Cargo 4142 D yük Özüboşaldan" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 30 ton asfalt yığıb Yevlax-Ağdam- Laçın yolunun sağ hərəkət hissəsi ilə Bərdə şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun Bərdə rayonu Kətəlparaq kəndi ərazisində, yola bitişik olan kənd yolundan torpaq daşıyan "xxxx" MMC-yə məxsus "Ford Cargo 3535 D yük Özüboşaldan markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət hissəsinə çıxıb əks istiqamətdə dönmə əməliyyatı etmiş, bu zaman isə o, avtomobilə tormuz etsə də, maneədən yayına bilməmiş və avtomobilin qabaq sag hissəsi ilə "Ford Cargo 3535 D yük Özüboşaldan" markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vurub toqquşmuşdu. Hadisə zamanı "Ford Cargo 3535 D yük Özüboşaldan” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ceyhun Hüseynov xəsarət alıb Bərdə rayon Diaqnostika Mərkəzinə müraciət etdi. Hadisə zamanı spirtli içki qəbul etməmiş, avtomobilində bir nəfər sərnişin və 30 ton astalt yük olmuş, avtomobil texniki cəhətdən saz olmuşdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs – xx.xx.1992-ci ildə Qazax rayonu, Ürkməzli kəndində anadan olmuş, həmin ünvanda yaşayır. BD 038080 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BCDE kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan AA3047864 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 – xx.xx.1986-cı ildə anadan olmuşdur. AF 402389 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, X4 BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs və X2 barəsində toplanmış HK-1/913 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına görədilmişdir. İş materiallarında olan Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli, 977 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü X6 avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli, 978 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü X3 avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 604 nömrəli rəyindən məlum olmuşdur ki, X2 bədənində aşkar edilmis xəsarətlər- sol arxa təpə, sağ qaşüstünahiyənin, sol saidin orta və yuaxrı 1/3-nin səthlərinin əzilmis-cırılmış yaraları, sol saidin orta yuxarı 1/3-nin ön səthinin qançırı, alının sağ və sol yarasının, sol saidin yuxarı 1\3-nin ön səthinin, döş qəfəsinin sol yarısının arxa səthinin və bel nahiyəsinin sağ diz oynağnın ön səthinin sıyrıqları-bərk küt alətin təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. yol nəqliyyat hadisəsi nəticəsində sürücü kimi əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2- 6028/2023 nömrəli məktubdan müəyyən edilmişdir ki. AF 402389 saylı -BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixə kimi X4 verilmiş və sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan BD 038088 saylı -BCD CE- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi Şəxs vertimis və sürücülük hüququ məhdudlaşdırılmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmisdir ki. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində sürücü X6 idarə etdiyi "xxxx" MMC-yə məxsus olan "Ford Cargo 3535 D yük" markalı, **-JS-*** dövlət qeydyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Kətəlparaq kəndi ərazisindən keçən 39-cu kilometrliyində yolun sağ hərəkət zolağının yol çiynindən 10km/saat sürətlə hərəkət edib "X13" Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq yolun sol hissəsinə doğru istiqamətlənib dönmə etmək istəmiş, həmin vaxt onunla eyni istiqamətdə arxa hissəsdən 60 km/saat sürətlə hərəkətdə olan sürücü Şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus olan "Ford Cargo 4142 D yük" markalı, 99-JR- 175 dövlət qeydyyat nişanlı avtomobillə "X13" Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq qabad sağ hissəsi ilə “Ford Cargo 3535 D yük" markalı, **-JS-*** dövlət qeydyyat nişanlı avtomobilin qabaq sol qabaq yan hissəsindən, yolun sağ hərəkət hissəsinin kənarından sola doğru 7.0 metr məsafədə vurub toqquşmuş. nəticədə “Ford Cargo 3535 D yük" markalı, **-JS-*** dövlət qeydyyat nişanlı avtomobilin sürücüsü X1 arxa təpə, sağ qaşüstünahiyənin, sol saidin orta və yuaxrı 1/3-nin ön səthlərinin əzilmiş- cırılmış yaraları, sol saidin orta yuxarı 1/3-nin ön səthinin qançırı, alının sağ və sol yarasının, sol saidin yuxarı 1\3-nin ön səthinin, döş qəfəsinin sol yarısının arxa səthinin və bel nahiyəsinin, sağ diz oynağnın ön səthinin sıyrıqları ilə müşayət olunan dərəcəsinə görə Yüngül bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşmançılıq hissi keçirməsi və ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Qazax rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1712/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1712/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver