Məhkəmə qərarları › İş №3(021)-172/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-172/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-172/2021 15.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 22 yanvar 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində X8 məxsus avtomobildən 65 manat dəyərində akumulyatoru oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 01 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsisində vətəndaş Həsənov Anara məxsus evə quraşdırılmış 1 ədəd işlənmiş kombi aparatını oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 22 yanvar 2021-ci il tarixdə Bərdə şəhəridə yerləşən köhnə bazar deyilən ərazidə vətəndaş İsmayılova Güləbətin Qaytaran qızına məxsus ərzaq çantasını ət, yağ, meyvə və s.) oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 17 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, Şərq küçəsi ev 13-də yaşayan X1 evinin yanında saxladığı VAZ 21011 markalı avtomobilinin salonundan 150 manat dəyərində maqnitofonu və 83 manat pulunu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 13 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən bina 116, mənzil 1-də quraşdırılmış X9 məxsus 1 ədəd su sayğacını oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 14 yanvar 2021-ci il tarixdə Bərdə rayon, Həsənqaya kəndi ərazisində X4 və kənd sakinlərinə məxsus su artezianın iyirmi metr kabellərini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 11 dekabr 2020-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndi ərazisində X5 və kənd sakinlərinə məxsus olan su artezianın kabelini, elektrik ötürücüsünü və işıq sayğacını oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-170/2021 saylı, 3(021)-171/2021 saylı, 3(021)-172/2021 saylı, 3(021)-173/2021 saylı, 3(021)-174/2021 saylı, 3(021)-175/2021 saylı inzibati işlər 3(021)-176/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 15 fevral 2021-ci il tarixdə saat 18:15-də Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar