Məhkəmə qərarları › İş №3(021)-172/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-172/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-172/2025 01.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bərdə Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP7032085 nömrəli protokolundan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X6 şikayət verərək Bərdə Rayon Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli İXP7032085 nömrəli protokolunun ləğv edilməsinə və onun barəsində tətbiq olunmuş cərimənin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra X6 məhkəməyə ərizə göndərək, şikayətini geri götürmək istədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 və protokolu tərtib edən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, şikayətçi X3 ərizəsinə əsasən şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bərdə Rayon Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP7032085 nömrəli protokolundan X6 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar