Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1728/2023 15.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu, Alpoud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 15 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(021)-471/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1200 manat pul və ödənilmiş 40 manat dövlət rüsumu alınaraq iddiaçı X1 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədinin icrasından yayınmır. Lakin maddi imkanı olmadığından icra sənədi üzrə borcu ödəyə bilməmişdir. Odur ki, qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X2 göstərdi ki, Şəxs icra sənədi üzrə borcdan ona heç bir ödəniş etməmişdir. Hazırda icra sənədi üzrə borcun tam şəkildə ödənilməsini, əks təqdirdə cəzalandırılmasını tələb edir. İşdə olan Bərdə rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(021)-471/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 1200 manat pul və ödənilmiş 40 manat dövlət rüsumu alınaraq iddiaçı X1 ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişin surətindən görünür ki, borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmiş, əks təqdirdə icranın məcburi qaydada həyata keçiriləcəyi barədə borclu xəbərdar edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(021)-1302/2023 saylı qərardadından görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol onu tərtib etmiş orqan olan Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. İnzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir və borclunun 1240 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, protokola əlavə edilmiş materiallar natamamdır və geri qaytarılmalıdır. Belə ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs barəsində inzibati xəta haqqında protokol tərətib edilmiş, məhkəmə tərəfindən həmin protokol geri qaytarılmışdır. Ona görə ki, həmin vaxt Bərdə rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(021)-471/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxışında olmuş və qətnamənin qüvvədə saxlanılıb saxlanılmaması həmin işin nəticəsindən asılı olmuşdur. İcra məmuru isə həmin qərarın başqa işə aid olduğundan hazırki işə aidiyyəti olmadığını və buna görə də protokola əlavə etmədiyini qeyd etmişdir. Məhkəmə onu qeyd edir ki, hazırda eyni icra sənədinə münasibətdə həmin fakt araşdırılmadan və kassasiya instansiya məhkəməsinin qərarı barədə yazılı sənəd iş materiallarına əlavə edilmədən yenidən Şəxs barəsində icra məmuru tərəfindən İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, bu da yol verilməzdir. Həmçinin, iş materiallarına əlavə edilmiş icra işi üzrə elektron informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə borclu Şəxs adına reyestrdə ********** qeydiyyat nömrəli torpaq sahəsi mövcuddur. İcra məmuru isə həmin torpaq sahəsinin ölçüsünün 1 ha olduğunu və inzibati xəta törətməkdə təqsirləndirilən şəxs olan borclu ilə ailə üzvlərinin birgə mülkiyyətində olduğunu və icra sənədi üzrə tələbin həmin əmlaka yönəldilə bilmədiyini qeyd etsə də bu haqda məhkəməyə lazımi material və sübutlar təqdim etməmiş, yalnız sözlərə istinad etmişdir. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar natamam olduğundan və məhkəmə iclası zamanı onun tamamlanması mümkün olmadığından protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1728/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1728/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver