Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1729/2023 21.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17932415 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17932415 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, X1 qərarı və tələbini əsaslandırdığı hallara dair hər hansı sübutları şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17932415 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: X2 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17932415 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın . Qərardaddan şikayət vermək olmaz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1729/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1729/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver