Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-173/2025 29.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Aypara Adil qızının katibliyi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X5 X7 17 mart 2025-ci il taixli EQ ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar tərtib edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN DYP bölməsinin 17 mart 2025-ci il tarixli EQ ******* saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Həmin protokola əsasən tərtib olunmuş EQ 26728060 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X4 barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: AA5444650 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının sürücülük vəsiqəsindən görünür ki, X2 BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. xx.xx.2025-ci il tarixli EQ 26728060 nömrəli elektron qərardan görünür ki, X4 barəsində 400 manat məbləğində inzibati cərimə növünün tətbiq edilməsi qərara alınmışdır. X4 şikayətini onunla əsaslandırmışdır ki, qardaşı X3 məxsus Toyota Prius markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobil vardır. Avtomobili idarə etmək üçün ona etibarnamə verilmişdir. Qardaşı Vüsal xx.xx.2025-ci il tarixdə saat 19:37 radələrində Bərdə şəhər, İ. Qayıbov küçəsində avtomobilin dayanmasının qadağan olan hissəsində saxladığı üçün ona cərimə yazılmışdır. Polis əməkdaşı sürücü Vüsal ilə mübahisə etmiş və bildirilmiş ki, hazırda avtomobili o idarə edir, həmin protokol ona yazılmalıdır. Polis əməkdaşı isə ona məhəl qoymayaraq, protokolu onun adına rəsmiləşdirmişdir. Onun barəsində tərtib edilmiş cərimə qanuna uyğun deyildir. Belə ki, onun avtomaşını idarə etməmişdir, sadəcə olaraq axırıncı etibarnamə onun adına rəsmiləşdirilmişdir. Belə ki, avtomobili o, idarə etməmişdir, sadəcə olaraq axırıncı etibarnamə onun adına olduğundan protokolu qərəzli şəkildə onun adına rəsmiləşdirmişlər. Ona görə də qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X4 izahat verərək bildirdi ki, ona 400 manat məbləğində cərimə yazılmışdır. Avtomobili o yox qardaşı idarə etmişdir. Avtomobili idarə etmək üçün əvvəl qardaşına, sonra da ona etibarnamə verilmişdir. Ona yazılmış protokol qərəzli yazılmışdır. Qanuna uyğun deyildir. Məhkəmədən DİN DYP bölməsinin xx.xx.2025-ci il tarixli EQ ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında qərar tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 DİN DYP bölməsinin 17 mart 2025-ci il tarixli EQ ******* saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən həmin nəqliyyat vasitəsinin 17 mart 2025-ci il tarixdə X4 tərəfindən idarə edilməməsi müəyyən olunmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN DYP bölməsinin 17 mart 2025-ci il tarixli EQ ******* saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-173/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-173/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver