Məhkəmə qərarları › İş №3(021)-1732/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1732/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1732/2023 24.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Baş məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, X2, Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X7 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X15 X16 TP ******* saylı, xx.xx.2023-cü il taixli qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X15 X22 tərəfindən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar ilə X11 barəsində İXM-nin 329.1, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X11 həmin qərardan şikayət verərək, barəsində tərtib edilmiş 09 noyabr 2023-cü il tarixli ******* nömrəli İnzibati Xəta haqqında Protokol və 09 noyabr 2023-cü il tarixli TP6101916 nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini edilməsini; -ona məxsus ** HD *** nömrəli avtomaşını saxlayan YPX-nin əməkdaşlarının və həkim kimi tədqdim edilmiş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsini, onların hərəkətlərində, həmçinin onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibb müəssisəsinə gedərək orada müayinə olunmağı YPX-nin əməkdaşlarına bildirlisə də iradəsinin ziddinə Bərdə rayon polis şöbəsinin həyətinə zorla aparılmaqla orada xüsusi vasitə ilə sərxoşluq müayinəsinin aparılmasında, İXM-nin 4 və 5-ci maddələrinin tələblərinin hüquqlarına və azadlıqlarına hörmət edilməməsində qanun tələblərinin pozulub-pozulmaması halının araşdırılaraq müəyyən edilməsi; -ona məxsus ** HD *** nömrəli avtomaşının duracağa yerləşməsində və mülkiyyətində olan həmin avtomobilin iradəsinin ziddinə YPX-nin əməkdaşının ona məxsus avtomobili idarə etməsində qanunun tələblərinin pozulub- pozulmaması halının müəyyən edilməsi; -qeyd edilən hallarla bağlı Qanunun tələblərinin pozulduğu halda həmin şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq araşdırma sənədləri aidiyyəti orqana göndərilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 11-05-də Bərdə rayon X23 əməkdaşı tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunmasına görə) xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında barəmdə 09 noyabr 2023-cüil tarixli X17 haqqında TP6101916 nömrəli Qərar qəbul edilmişdir. İşin faktiki hallarına gəldikdə isə xx.xx.2023-cü il tarixdə, saat 11-05-də Bərdə şəhəri Xəzər Market adlanan yerdən Yağzavodu istiqamətində olan küçə ilə 5-10 saat/km sürətlə hərəkətdə olarkən heç bir yol nəqliyyat hadisəsini pozmadığı halda küçədə Bərdə rayon X21 məxsus ** YP *** nömrəli avtomaşınını idarə edən adını bilmədiyi əməkdaşı tərəfindən saxlanılmış, bundan sonra ondan sənədlərini təqdim edilməyim bildirildikdə BD 214234 saylı sürücülük vəsiqəsini və idarə etdiyi (ban nömrəsi **********6614) mersedes benz C200 markalı ** HD *** saylı avtomobilə qeydiyyat şəhadətnaməsinin yol polisi əməkdaşına təqdim etmişdir. Daha sonra 2 nəfər yol polisi əməkdaşı onu özlərinin idarə etdiyi avtomaşına minməyə təzyiq göstərmiş və zorla Bərdə rayon Polis Şöbəsinin həyətinə aparıb sərxoş olduğuna şübhə etdiyini bildirmişdilər. O. yol polis əməkdaşlarına etdikləri hərəkətlərin qanuna zidd olduğunu, elə bir məni həbs etdiklərini, sərxoşluq müayinəsi üçün onu nǝyǝ görə tibb müəssisəsinə deyil polis şöbəsinə aparmalarını soruşduqda,avtomobildə öndə oturan polkovnik-leytenant rütbəli şəxs ona “çaşma, deyəsən çaşırsan, bura bilirsən haradır” deməklə ona hədə qorxu gəlmişdir. Həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilib barəsində DİN nazirliyinə təqdimatla müraciət olunmasını, bu cür insanların DİN orqanlarında işləməklə polis adına ləkə gətirdiyini düşünür. Həmin şəxs DYP əməkdaşı olmadığı halda onun həmin avtomobildə əyləşməsi qanun tələbinə uyğun olub-olmaması, sürücülərə qayda pozuntusu tutmasında məqsədinin nə olması müəyyən edilsin. Məhkəmə iclasında şikayətçi X11 bildirdi ki, avtomobilin sahibi həyat yoldaşıdır, lakin hadisə zamanı avtomobili o idarə etmişdir. Polis əməkdaşı onu saxlatdıqda səbəbini soruşmuş, o, isə “səni müayinə edirik” demişdir. Ona zor tətbiq edərək, öz avtomobillərinə mindirmişdilər. Onu avtomobildə alkateslə yoxlamış və 0.4 promil olmuşdur. Həkim narkoloq onu yoxlamamışdır, onlara qadağa qoyulduğunu demişdir. Məhkəmə iclasında Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X12 bildirdi ki, X11 barəsində düzgün protokol tərtib olunmuşdur. Ona zor tətbiq edilməmişdir. Özü könüllü avtomobilə əyləşmiş və içkili olduğunu etiraf etmişdir. Bu barədə videogörüntünü məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə rayonu Yol Patrul Xidmətinin əməkdaşı X9 bildirdi ki, X1 müayinəsi üçün həkimə aparmışlar, orada alkateslə yoxlanıldıqda içkili olduğu məlum olmuşdur. Həmçinin içkili olduğunu özü də etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən həkim X4 bildirdi ki, o, alkateslə müayinə olunmasına razılıq verdi və olundu. Sərxoşluq vəziyyəti müəyyən olundu. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X12 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, X11 İXM-nin 329.1, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından görünür ki, X11 xx.xx.2023-cü il tarixdə “Mercedes Benz C200” minik markalı 99HD302 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən İXM-nin 329.1, 333.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Nəqliyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, X3 içki iyi gəldiyi üçün həkim müayinəsinə gətirmşlər. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 1498 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü X8 yüngül dərəcəli sərxoşluq əlaməti aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, X11 xx.xx.2022-ci il tarixdə saat 10:42 radələrində “VAZ 21214” markalı 99KS579 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını bildirsə də bunu sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X6 şikayəti təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ona məxsus ** HD *** nömrəli avtomaşını saxlayan YPX-nin əməkdaşlarının və həkim kimi tədqdim edilmiş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsini, onların hərəkətlərində, həmçinin onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibb müəssisəsinə gedərək orada müayinə olunmağı YPX-nin əməkdaşlarına bildirlisə də iradəsinin ziddinə Bərdə rayon polis şöbəsinin həyətinə zorla aparılmaqla orada xüsusi vasitə ilə sərxoşluq müayinəsinin aparılmasında, İXM-nin 4 və 5ci maddələrinin tələblərinin hüquqlarına və azadlıqlarına hörmət edilməməsində qanun tələblərinin pozulub-pozulmaması halının araşdırılaraq müəyyən edilməsi, -ona məxsus ** HD *** nömrəli avtomaşının duracağa yerləşməsində və mülkiyyətində olan həmin avtomobilin iradəsinin ziddinə YPX-nin əməkdaşının ona məxsus avtomobili idarə etməsində qanunun tələblərinin pozulu- pozulmaması halının müəyyən edilməsi, qeyd edilən hallarla bağlı Qanunun tələblərinin pozulduğu halda həmin şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq araşdırma sənədləri aidiyyəti orqana göndərilməsinə dair hissələr məhkəmə baxış predmeti deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş videogörüntüdə onun tibbi müayinəyə keçirilməsinə razı olmuş və keçirildikdən sonra dünən bir bakal piyvə içdiyini bildirmişdir. Həmçinin sərxoşluq vəziyyətinin müayinəsi barədə protokolda da X11 öz xətti ilə “səhv edib dünən bir bakal piyvə içdiyini” qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X6 tibbi müayinənin nəticəsi ilə razılaşmayıb, onu tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmasını istəsə də bunu etməmələrini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə videogörüntülərdə onun razılaşdığı müəyyən olunur. İXM-nin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İXM-nin 96.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Məhkəmə həmçinin qeyd edir ki, X11 əməlinin etiraf etməsini onunla əsaslandırmışdır ki, avtomobili cərimə meydançasında qalmış, həyat yoldaşı isə qohumlarının evində və inzibati xəta ilə bağlı araşdırmanın tez qurtarmasını istəməsi və avtomobili və həyat yoldaşının yanına getməsi ilə bağlı olmasını inandırıcı saymır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X15 X16 TP ******* saylı, xx.xx.2023-cü il taixli qərarından X6 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı, xx.xx.2023-cü il taixli qərar qanuni hesab edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar