Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1733/2023 27.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X10 iclas katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ X12 şikayət verərək, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X12 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh - Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi tərəfindən o, vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırki iş üzrə cavabdeh- Azərbaycan Respublikası Qida X4 Regional Bölməsi tərəfindən tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə 2.000 (iki min) manat cərimə edilməyi ləğv edilməlidir. Bildirmişdir ki, Bərdə şəhəri S, Vurğun küçəsi "Qızıl Tac" Şadlıq Sarayı ona məxsusdur və uzun illərdir fəaliyyət göstərir. Fəaliyyət göstədiyi müddətdə epidemiologiya və gigiyena qaydalarına, o cümlədən qida təhlükəsizliyinə daim əməl edilmişdir. Qida X4 Regional Bölməsinin əməkdaşları ona qarşı qərəzli hərəkətlərə yol verərək hazırki qərarı qəbul etmişlər. Sözügedən Qərarın qəbul edilməsinə əsas olmuş protokoldakı qeydlər əsassız və qanunsuzdur. Belə ki, yerində baxış keçirilməklə protokolda göstərilənlərin doğru olmaması öz təsdiqini tapar. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi X12 məhkəmə iclasında iştirak etmiş, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X12 onun iştirakı olmadan obyektə baxışın keçirilməsini, qərəzli qərar qəbul edilməsini bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinə göndərilməlidir. İş materiallarında olan AZE seriyalı, 03227318 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X12 – xx.xx.1952-ci ildə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, şadlıq evinin döşəmə, tavan, divar hissələri asanyuyulabilən materiallarla üzlənmədiyi, anbar sahədə üzərində heç bir etiket məlumatı olmayan 2 ədəd hər biri 3 kq olan alça turşusu saxlandığı müəyyən edilmiş, buna görə də vəzifəli şəxs X12 İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinib 2 min manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 31 oktyabr 2023-cü il tarixli, 3-44-5/2-1728/2023 nömrəli və vəzifəli şəxs X8 ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY232007568 nömrəli Çıxarışa və Qida X3 Regional Bölməsi rəisinin xx.xx.2023-cü il tarixli, QRB-970 nömrəli yoxlamanın aparılması haqqında Qərarına ünvan 2 ünvanında fəaliyyət göstərən X8 məxsus “Qızıl Tac" şadlıq sarayında yoxlama aparılmış və qanunvericiliyə əsasən xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına və standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə dair faktlar aşkar edilmişdir. Nəticədə barənizdə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmiş və bu barədə inzibati xətalar haqqında işlər üzrə 17 oktyabr 2023-cü il tarixli 3-44-5/2- 1607/2023 nömrəli bildiriş Sizə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, QRB-970 nömrəli yoxlamanının nəticələri üzrə qərardan görünür ki, aparılan yoxlama zamanı İnzibati xəta əlamətləri aşkar edildiyi üçün İnzibati Xəta haqqında iş üzrə icraata başlanılması, yuxarıda göstərilən pozuntular xx.xx.2023-cü il tarixədək aradan qaldırılmalı və bu barədə Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan AQTA X11 30 oktyabr 2023-cü il tarixli QRB-970 saylı qərarına əsasən fiziki şəxs (fərdi sahibkar) X8 məxsus “Qızıl Tac” şadlıq evində 30 oktyabr 2023-cü il tarixdə aparılan yoxlamanın nəticələri üzrə bir sıra pozuntular aşkarlandığı və pozuntuların aradan qaldırlması üçün 30 gün müddət təyin edilsə də bu müddət, yəni pozuntuların aradan qaldırılması üçün verilmiş 30 gün gözlənilmədən fərdi sahibkar barəsində yoxlamanın aparıldığı və inzibati xəta haqqında iş üzrə icraata başlanıldığı gün olan 30 noyabr 2023-cü il tarixdə Novruzova Ulduzə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, məhkəmə bu halı yolverilməz hesab edir. Məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edən səlahiyyətli orqan olan AQTA X14 qərarda qeyd edilən 30 günlük müddəti gözləməli və pozuntular aradan qaldırılmadığı təqdirdə şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul etməli idi. Çünki, əgər barəsində inzibati tənbeh tətbiq edilən X12 pozuntuları aradan qaldırmasa onun barəsində yenidən eyni tənbeh tətbiq edilər ki, bu hal da şəxsin eyni inzibati xətaya münasibətdə iki dəfə inzibati məsuliyyətə cəlb edilməsi ilə nəticələnəcək ki, bu hal da yolverilməzdir. Çünki, İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmçinin, 30 oktyabr 2023-cü il tarixli QRB-970 saylı yoxlamanın nəticələri üzrə qərarda X12 barəsində aparılan yoxlama zamanı inzibati xəta əlamətləri aşkar edildiyi üçün İnzibati Xəta haqqında iş üzrə İcraata başlanması qeyd edilsə də şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin aşkar edildiyi qeyd edilməmişdir ki, bu da qeyri-müəyyənlik yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, səlahiyyətli orqan sahibkarlıq sahəsində yoxlamaların aparılması haqqında qanunun tələblərinə əsasən yoxlamanı dövlət reyestrində qeydiyyata aldırmaqla və yoxlamaların dövlət reyestrindən çıxarış əlavə etməklə sahibkarlıq subyektində yoxlama aparmalı idi ki, həmin sənəd də iş materiallarında yoxdur. Belə ki, inzibati bütün qeyd edilən bu hallar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X6 əməlinə hüquqi qiymət verilməli idi. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra X6 İXM-in 447.0.3-cü maddəsində nəzərdə tutulmuş əməli həqiqətən törədib-törətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Həmçinin, məhkəmə hesab edir ki, qərar qəbul etmiş səlahiyyətli orqanı X6 İXM-in 447.0.3-cü maddəsi ilə təqsirli bilərək barəsində iki min manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul etsə də hansı səbəbdən birbaşa olaraq inzibati cərimənin ən yuxarı həddi olan tənbeh tətbiq edilməsini əsaslandırmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edən səlahiyyətli orqan İXM-in 31.2-ci maddəsini nəzərə almadan, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağıraşdıran halları araşdırmadan və nəzərə almadan qərar qəbul etmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin, səlahiyyətli orqan işin faktiki hallarını və sahibkar kimi X6 əvvəllər eyni xarakterli hüquqpozmalara yol verib-verməməsini müəyyən etmədən qərar qəbul etmişdir. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması və yenidən qərar qəbul edilməsi məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X2ytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; Odur ki, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinə göndərilməlidir. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1733/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1733/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver