Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1734/2023 24.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Baş məsləhətçi -Əzizov Mətləb Yahya oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X5 X6 EQ 18025061 saylı, 13 noyabr 2023-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X5 X8 tərəfindən EQ 18025061 saylı, 13 noyabr 2023-cü il tarixli qərar ilə X3 barəsində İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X3 həmin qərardan şikayət verərək, DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18025061 nömrəli, xx.xx.2023- cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, **-AX-*** dövlət qeydiyyat nişanlı, "Toyota Camry" markalı avtomobil hazırda onun istifadəsindədir. Ona xx.xx.2023-cü il tarixdə İXMnin 339.1-1 (avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə) maddəsi ilə cərimə barədə sms bildiriş gəlib. Daxili İşlər Nazirliyinin "e- xidmet.mia.gov.az" saytı vasitəsilə şəxsi kabinetə baxarkən, onun barəsndə EQ 18025061 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın olduğunu görmüşdür. Həmin qərara əsasən, xx.xx.2023-cü il tarixdə avtomobilin kamera vasitəsilə qeydə alındığı məlum olmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, onun barəsində İXM-nin 339.1-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə EQ 17707272 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, o, xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM-nin 339-cu maddəsinin qeydində göstərilir ki, Şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Onun barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Bundan 17 gün sonra (20 gün keçmədən) onun barəsində, təkrarən, İXM-nin 339.1-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və o, təkrarən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, 20 gün keçmədən, onun ikinci dəfə eyni maddə ilə inzibati məsuliyyətə cəlb olunmağı qanunun tələblərinə ziddir. X9 orqanları, bu halın baş verməsini onunla izah edirlər ki, onun barəsində xx.xx.2023 tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xəta xx.xx.2023-cü il tarixdə kamera vasitəsi ilə qeydə alınmışdır. DYP kameraları isə inzibati tənbeh vermə haqqında qərarın çıxarıldığı yox, xətanın qeydə alındığı vaxtdan 20 gün müddətinin hesablanması üzrə proqramlaşdırılmışdır. Ona görə də, xx.xx.2023-cü il tarixdə avtomobilin kamera ilə qeydə alınarkən, əvvəlki inzibati məsuliyyətin tarixi xx.xx.2023 tarixi kimi nəzərə alınmışdır.Məlum olduğu kimi, İXM-nin 339-cu maddəsinin qeydində göstərilən "şəxsin inzibati məsuliyyətə cəlb edilməsi" məsələsində, inzibati məsuliyyətə cəlb edilmə vaxtı inzibati xətanın törədilmə vaxtı və ya aşkar edilməsi vaxtı ilə deyil, məhz şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın çıxarıldığı vaxt ilə şərtlənir. Qərar çıxarılmadan şəxs inzibati məsuliyyətə cəlb edilmiş hesab edilə bilməz. Həmçinin qərar çıxarılmadan, cərimənin ödənilməsi də mümkün deyil. Qeyd olunan xx.xx.2023-cü il tarixli cəriməyə görə, mən avtomobili texniki baxışdan keçirmək imkanından məhrum olmuşdur. Çünki avtomobildə ödənilməmiş cərimə olduqda, DYP tərəfindən avtomobilin texniki baxışdan keçirilməsindən imtina olunur. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18025061 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X1 məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınaraq şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin olunması xahiş etmişdir. Qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə “Toyota Camry” minik markalı 77AX308 dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanyunun ilə müəyyən edilmiş müddətdə texniki baxış keçirmədən idarə etdiyinə görə İXM-nin 339.1-1ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə “Toyota Camry” minik markalı 77AX308 dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanyunun ilə müəyyən edilmiş müddətdə texniki baxış keçirmədən idarə etdiyinə görə İXM-nin 339.1-1ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-cu maddəsinin Qeyd hissəsində göstərilir ki, Şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Məhkəmə qeyd edir ki, X3 xx.xx.2023-cü il tarixdə “Toyota Camry” minik markalı 77AX308 dövlət qeydiyyat nömrə nişanlı avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunmuş, 20 gün ərzində nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən xx.xx.2023-cü il tarixdə idarə etdiyinə görə yenidən inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X2 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X5 X6 EQ 18025061 saylı, 13 noyabr 2023-cü il tarixli qərarından X2 verdiyi şikayət təmin edilməsin, EQ 18025061 saylı, 13 noyabr 2023-cü il tarixli qərar qanuni hesab edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1734/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1734/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver