Məhkəmə qərarları › İş №3(021)-1742/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1742/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1742/2023 30.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı inzibati tənbeh verilməsi haqqında qərardan X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. X4 məhkəməyə şikayət ərizəsi ilə nüraciət edərək barəsində qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində “Mersedes Benz E220” markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili var. Sürücülük hüququ olmadığından avtomobili idarə etmir. Xəstəliyi ilə əlaqədar Bakı şəhərinə gedrəkən avtomobli yaxın qohumu Ramil Xudai idarə etmişdir. 26 oktyabr 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında EQ 17696514 nömrəli protokol tərtib olunub və həmin protokola əsasən guya o, Bakı-Qazax yolunun 91.3-cü km-də sürücülük hüququ olmadan özünə məxsus avtomobili idarə etməklə yol hərəkəti haqqında qaydanı pozmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, 26 oktyabr 2023-cü il tarixli, EQ 17696514 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, “Mersedes Benz E220” markalı, **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun mülkiyyətində olsa da, sürücülük hüququ olmadığı üçün həmin avtomobili idarə etmir. 26 oktyabr 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən həmin avtomobil yaxın qohumu Ramil Xudai tərəfindən idarə olunmuşdur. Həmin vaxt o, avtomobilin qabaq sağ oturacaq hissəsində əyləşmişdir. Lakin buna baxmayaraq barəsində (elektron) inzibati protokol tərtib edilmiş, həmin protokola əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayəti müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 13207635 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X4 xx.xx.1955-ci ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 2464 saylı arayışından görünür ki, X1 rayonu Kələntərli kəndində yaşayır. AE 095824 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz E220 CDİ minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Seyidov Bakıxan Seyidəzim oğlunun adına qeydiyyata alınmışdır. ƏN-Vİİİ 757196 nömrəli etibarnamədən görünür ki, Seyidov Bakıxan Seyidəzim oğlu mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün X3 etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir və xx.xx.2024-cü il saat 2359-dək qüvvədədir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. 328.1-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edildi ki, X4 26 oktyabr 2023-cü il tarixdə idarə etdiyi Mercedes Benz E220 CDİ minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun 91.3-cü km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 20 km/saat həddini aşmış, bununla da Azərbaycan Respublikasının İXMnin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 328.1-ci maddəsinin sanksiyasında qeyd olunan inzibati xətanın törədilməsinə görə 10 manat məbləğində inzibati cərimə nəzərdə tutulsa da, 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 nömrəli qərarla X3 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Zahid Əliyev məhkəmə iclasında avtomobilin onun tərəfindən idarə edilmədiyini qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Zahid Əliyev barəsində 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı inzibati tənbeh verilməsi haqqında qərar qəbul edərkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsinin sanksiyasında konkret olaraq 10 (on) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri nəzərdə tutulduğu halda, Zahid Əliyev 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı qərarla Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən qanunvericilik norması səhv tətbiq edilmişdir və həmin ziddiyyətli halın məhkəmə tərəfindən aradan qaldırılması mümkün deyildir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli, inzibati xəta materialı hazırkı məhkəmə qərarında qeyd edilənlər nəzərə alınmaqla yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430, 431, 432 və 436-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 26 oktyabr 2023-cü il tarixli EQ 17696514 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar