Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1750/2023 06.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin 29 oktyabr 2023-cü il tarixli, EQ 17754814 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y yə n e t d i: Bərdə Rayon Məhkəməsinə X1 barəsində olan inzibati xəta haqqında 29 oktyabr 2023-cü il tarixli, EQ 17754814 saylı qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 məxsus olan Hyundai accent markalı sedan tipli, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ağdam rayon Quzanlı kəndi Tərtər istiqamətində idarə etdiyi zaman dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq EQ-17754814 saylı protokol tərtib olunmuşdur. Belə ki, protokola əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə qaydalarını pozduğunu qeyd olunmuşdur. Protokola əsasən isə ona 100 manat cərimə yazılmışdır. Halbuki ona qanunsuz olaraq cərimə yazılmışdır. Hazırda ona yazılmış cərimə yol polis idarəsinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. O heç bir qanun pozuntusuna yol verməmişdir. Qanunun özündədə görünürki, “Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, ər və arvadın nikah dövründə əldə etdikləri əmlak, onların hər ikisinin mülkiyyəti hesab olunur. Eyni zamanda Mülki Məcəllədə də buna bənzər maddələr var. X6 Qanuna görə isə, şəxs öz mülkiyyətində olan avtomobili problemsiz olaraq idarə edə bilər. Bir şərtlə ki, onun sürücülük hüququ olmalıdır. Belə olan halda həmin avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi məsələn, qadının adı yazılırsa, onunla birlikdə nikahda olan kişi də həmin avtomobili etibarnaməsiz idarə hüququna malikdir. Onun sürücülük vəsiqəsi və nikah haqqında şəhadətnaməsinin olmasına baxmayaraq belə bir protokolun tərtib olunaraq 100 manat cərimə yazılması olduqca qanunsuzluqdur. Buradanda görünürki, X3 qanunsuzluq etməmişdir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini pozmamışdır. Həmin protokol əsassız olduğundan onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 məhkəməyə ərizə ilə müraciət edərək, şikayətin təmin olunmasınıxahiş etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 Noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətinə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən məhkəmə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edirki, X3 hərbi qulluqçu olduğundan 29 oktyabr 2023-cü il tarixli, EQ 17754814 saylı qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112.4-cü maddələrini rəhbər tutаraq məhkəmə, Qərarа aldı: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci madddəsi ilə inzibati xəta törətməsinə dair qəbul edilmiş 29 oktyabr 2023-cü il tarixli EQ/17754814 saylı qərardan verdiyi şikayət və toplanılmış material baxılması üçün aidiyyatı üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim lsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1750/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1750/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver