Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1751/2023 30.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1948-ci il tarixdə Bərdə rayonunda doğulmuş, subay, orta təhsilli, "xxxx" MMC-də baş direktor işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 590.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs yaşadığı evdə vəfat etmiş atasından qalan “Tula” markalı, 16 kalibirli qoşa lülə ov tüfəngini qeydiyyatsız saxlamışdır. Bərdə rayon Polis şöbəsində 28 noyabr 2023-cü il tarixdə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN № ******* nömrəli prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə protokol tərtib etmiş orqana məlumat verilmiş, buna baxmaraq protokol tərtib etmiş orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, həmin tüfəng ona atası Şükür Cabbarovadan yadigar qalmışdır. Törətdiyi əməldə özünü təqsirli bilir. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə rayon X4 Bölməsinin təhqiqatçısı, polis mayoru X1 31 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində 3578 sayla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bərdə rayon Polis şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs yaşadığı evdə vəfat etmiş atasından qalan “Tula” markalı, 16 kalibirli qoşa lülə ov tüfəngini qeydiyyatsız saxlamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış inzibati xəta haqqında material və mötəbər sübutlar ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 590.2.ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-in 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşimançılıq hissi keçirməsini və ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır, məhkəmə tərəfindən hazırki inzibati xəta haqqında iş üzrə inzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və törətdiyi əməli nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ov silahı müsadirə edilməklə 80 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib bаrəsində “Tula” markalı, 16 kalibirli qoşa lülə ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1751/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1751/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver