Məhkəmə qərarları › İş №3(021)-176/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-176/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-176/2021 15.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X17, İnzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X6 Bölməsinin sahə rəisi, polis kapitanı X15, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X6 Bölməsinin sahə rəisi, polis mayoru X4, İnzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X6 Bölməsinin sahə rəisi, polis kapitanı X19, Zərərçəkmiş şəxslər X25 və X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-ci ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, subay,əvəllər məhkum olunmuş Yevlax şəhəri, Q.B.Zakir küçəsi ev 82-də qeydiyyatda olan və Bərdə şəhəri, Səttarxan küçəsi 34-də yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 22 yanvar 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində X20 məxsus avtomobildən 65 manat dəyərində akumulyatoru oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 01 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsisində vətəndaş Həsənov Anara məxsus evə quraşdırılmış 1 ədəd işlənmiş kombi aparatını oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 22 yanvar 2021-ci il tarixdə Bərdə şəhəridə yerləşən köhnə bazar deyilən ərazidə vətəndaş İsmayılova Güləbətin Qaytaran qızına məxsus ərzaq çantasını ət, yağ, meyvə və s.) oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 17 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, Şərq küçəsi ev 13-də yaşayan X1 evinin yanında saxladığı VAZ 21011 markalı avtomobilinin salonundan 150 manat dəyərində maqnitofonu və 83 manat pulunu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 13 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən bina 116, mənzil 1-də quraşdırılmış X21 məxsus 1 ədəd su sayğacını oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 14 yanvar 2021-ci il tarixdə Bərdə rayon, Həsənqaya kəndi ərazisində X9 və kənd sakinlərinə məxsus su artezianın iyirmi metr kabellərini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X6 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 11 dekabr 2020-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndi ərazisində X10 və kənd sakinlərinə məxsus olan su artezianın kabelini, elektrik ötürücüsünü və işıq sayğacını oğurlamışdır. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X6 Bölməsinin sahə rəisi, polis kapitanı X22 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlunun 01 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, Təbriz küçəsində vətəndaş Həsənov Anara məxsus evə quraşdırılmış 1 ədəd işlənmiş kombi aparatını oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında inzibati xəta haqqında protokol Şəxs oğlunun 22 yanvar 2021-ci il tarixdə Bərdə şəhərində yerləşən köhnə bazar deyilən ərazidə vətəndaş İsmayılova Güləbətin Qaytaran qızına məxsus ərzaq çantasını ət, yağ, meyvə və s.) oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlu 13 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən bina 116, mənzil 1-də quraşdırılmış X21 məxsus 1 ədəd su sayğacını oğurlaması səbəbindən tərtib edilmişdir. Bundan başqa bir çox əməllərdə də Şəxs oğlu şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X6 Bölməsinin sahə rəisi, polis kapitanı X28 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs oğlunun 14 yanvar 2021-ci il tarixdə Bərdə rayon, Həsənqaya kəndi ərazisində X9 və kənd sakinlərinə məxsus su artezianın iyirmi metr kabellərini oğurlaması səbəbindən, MN ******* saylı inzibati xəta haqqında protokol isə Şəxs oğlunun 11 dekabr 2020-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndi ərazisində X10 və kənd sakinlərinə məxsus olan su artezianın kabelini, elektrik ötürücüsünü və işıq sayğacını oğurlaması səbəbindən tərtib edilmişdir. Belə hallar olduqca çoxdur. Hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X26 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 17 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, Şərq küçəsi ev 13-də yaşayan X1 evinin yanında saxladığı VAZ 21011 markalı avtomobilinin salonundan 150 manat dəyərində maqnitofonu və 83 manat pulunu oğurlaması səbəbindən tərtib edilmişdir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X6 Bölməsinin sahə rəisi, polis mayoru X11 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 17 yanvar 2021-ci il tarixdə Bərdə şəhəri, Şərq küçəsi ev 13-də yaşayan X1 evinin yanında saxladığı VAZ 21011 markalı avtomobilinin salonundan 150 manat dəyərində maqnitofonu və 83 manat pulunu oğurlaması səbəbindən tərtib edilmişdir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X25 və X3 izahat verib bildirdilər ki, onlara vurulmuş ziyan ödənilməmişdir. Barəsidə inzibati icraat aparılan Şəxs oğlunun haqqında həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 13 yanvar 2021-ci il tarixdə Bərdə rayon H.Əliyev prospektində binaya quraşdırılmış su sayğacını, 22 yanvar 2021-ci il tarixdə köhnə bazarda mağazanın qarşısında yerə qoyulmuş çantada olan müxtəlif ərzaq məhsullarını, 11 dekabr 2020-ci il tarixdə Həsənqaya kəndində sahədən artezan kabelini (30) metr elektrik ayrıcısı, 14 yanvar 2021-ci il tarixdə, Həsəngaya kəndi ərazisində sahədən 20 metr kabel, 22 yanvar 2021-ci il tarixdə Lək kəndində tanımadığı evin qarşısında dayanmış VAZ 2106 markalı maşından 1 ədəd akumulyator, 17 yanvar 2021-ci il tarixdə Şərq küçəsində VAZ 21011 markalı maşından 1 ədəd maqnitofonu oğurlamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, narkotiklərdən mütəmadi istifadə etdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X29 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 21 dekabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-4011 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 Bərdə rayonu, Həsənqaya kəndində yerləşən pay torpağında olan subartezan quyusunun 30 metrlik 150 manat dəyərində kabel, 100 manat dəyərində rubilnik, 150 manat dəyərində puskatel (ötürücü) və 74 manat dəyərində işıq sayğacini oğurlama yolu ilə talamiş şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məmmədov Orxan Fehruz oğlunun cinayət işi başlanılmasının rədd edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-150 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş,14 yanvar 2021-ci il tarixdə Bərdə rayon Həsəsnqaya kəndində yerləşən 353 nömrəli su artezianının 100 manat dəyərində olan 20 metr elektrik naqilini kəsərək oğurlamış şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X6 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-123/21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədi ilə qərarın surəti Rayon Polis X6 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X18 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-260 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 məxsus ərzaq çantası oğurlayan şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X6 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X16 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-224 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X20 məxsus “VAZ-2106” markalı **-CR-*** qeydiyyat nişanlı avtomobildən 65 manat dəyərində akumlyatoru oğurlamış şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X6 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X18 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 18 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-85 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X23 məxsus kombi aparatını oğurlayan şəxs və ya şəxslər gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X6 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X12 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 09 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-336 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən pioneer markalı maqnitafonun və külqabı yerindən 83 manat pulu oğurlamış şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X6 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 13 yanvar 2021-ci il tarixdə Bərdə rayon H.Əliyev prospektində binaya quraşdırılmış su sayğacını, 22 yanvar 2021-ci il tarixdə köhnə bazarda mağazanın qarşısında yerə qoyulmuş çantada olan müxtəlif ərzaq məhsullarını, 11 dekabr 2020-ci il tarixdə Həsənqaya kəndində sahədən artezan kabelini (30) metr elektrik ayrıcısı, 14 yanvar 2021-ci il tarixdə, Həsəngaya kəndi ərazisində sahədən 20 metr kabel, 22 yanvar 2021-ci il tarixdə Lək kəndində tanımadığı evin qarşısında dayanmış VAZ 2106 markalı maşından 1 ədəd akumulyator, 17 yanvar 2021-ci il tarixdə Şərq küçəsində VAZ 21011 markalı maşından 1 ədəd maqnitofonu oğurlayaraq Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 15 fevral 2021-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar