Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-18/2022 05.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis mayoru X2, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis leytenantı X7, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi X20, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis kapitanı X10, Zərərçəkmiş şəxslər X28, X21 və X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 17 may 1998-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Bərdə şəhəri, Köroğlu küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri Köroğlu küçəsində qonşusu Samir adlı şəxsin evinin həyətinə daxil olaraq hamamın qarşısında olan su qızdırıcısını oğurlayıb, evin zirzəmisində söküb metal hissəsini, su krantının mis hissəsini oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 30 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri Qarabağ küçəsində yerləşən heç kəsin yaşamadığı həyətdə olan evə bitişik bir ədəd su qızdırıcısını oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 25 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsində yerləşən X11 həyətinə daxil olaraq evin qarşı hissəsində bərkidilmiş istilik sistemini və ayaqqabısı rəfində olan boz rəngli ayaqqabını ayağına geynərək oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 19 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Q.B.Zakir küçəsində yaşayan X8 yaşadığı evinin həyətindən su mühərrikini və su hidrofonu oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan X1 evin həyətindən “Marcos” markalı su nasosunu oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 27 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində vətandaş Alıyeva Zülfiyəyə məxsus 1 ədəd su qızdırıcısı oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 21 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri, 20 Yanvar küçəsində yerləşən həyət evindən X16 100-150 manat dəyərində su qızdıranı oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 03 yanvar 2022-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində evin qarşısında qıfıl olduğunu görüb və evin həyətinə daxil olaraq su qızdırıcısını oğurlanması səbəbindən tərtib edilmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis mayoru X12 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 21 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri, 20 Yanvar küçəsində yerləşən həyət evindən X16 100-150 manat dəyərində su qızdıranı oğurlamışdır. Bundan başqa bir çox əməllərdə də Şəxs şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X17 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 27 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində vətandaş Alıyeva Zülfiyəyə məxsus 1 ədəd su qızdırıcısı oğurlamışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi X29 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 03 yanvar 2022-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində evin qarşısında qıfıl olduğunu görüb və evin həyətinə daxil olaraq su qızdırıcısını oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan X1 evin həyətindən “Marcos” markalı su nasosunu oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 25 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsində yerləşən X11 həyətinə daxil olaraq evin qarşı hissəsində bərkidilmiş istilik sistemini oğurlamış və ayaqqabısı rəfində olan boz rəngli ayaqqabını ayağına geynərək oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 30 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri Qarabağ küçəsində yerləşən heç kəsin yaşamadığı həyətdə olan evə bitişik bir ədəd su qızdırıcısını oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 28 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri Köroğlu küçəsində qonşusu Samir adlı şəxsin evinin həyətinə daxil olaraq hamamın qarşısında olan su qızdırıcısını oğurlayıb, evin zirzəmisində söküb metal hissəsini, su krantının mis hissəsini oğurlamışdır. Bundan başqa bir çox əməllərdə də Şəxs şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X3 Bölməsinin sahə rəisi polis kapitanı X22 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 19 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Q.B.Zakir küçəsində yaşayan X8 yaşadığı evinin həyətindən su mühərrikini və su hidrofonu oğurlamışdır. Bundan başqa bir çox əməllərdə də Şəxs şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X28 izahat verib bildirdi ki, Şəxs tərəfindən 30 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri Qarabağ küçəsində yerləşən heç kəsin yaşamadığı həyətdə olan evə bitişik bir ədəd su qızdırıcısını oğurlamışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 izahat verib bildirdi ki, onun 25 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsində yerləşən X11 həyətinə daxil olaraq evin qarşı hissəsində bərkidilmiş istilik sistemini və ayaqqabısı rəfində olan boz rəngli ayaqqabını ayağına geynərək oğurlamışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verib bildirdi ki, 28 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan evin həyətindən “Marcos” markalı su nasosunu oğurlanmışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, səhv edib, əməlindən peşmandır. Atası ilə anası rəhmətə qedib. Narkotik istifadəçisidir. Oğurladığı malları sataraq narkotik vasitə olan kakos almışdır. Dəymiş ziyanı hissə-hissə ödəyə bilər. Barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X18 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 30 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-4435 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X15 yaşadığı evdən su qızdırıcısı oğurlamış naməlum şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X6 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3706 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 27 oktyabr 2021-ci il tarixdə 1 ədəd su qızdırıcısı oğurlamış naməlum şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X23 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 07 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3726 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 28 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan X1 evin həyətindən “Marcos” markalı su nasosunu oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədi ilə qərarın surəti rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X18 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-4001 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş 19 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Q.B.Zakir küçəsində yaşayan X8 yaşadığı evinin həyətindən su mühərrikini və su hidrofonu oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X24 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-4483 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə şəhər Gəncə küçəsində yaşayan, X11 həyətinə daxil olaraq evin qarşı hissəsində bərkidilmiş istilik sistemini və ayaqqabısı rəfində olan boz rəngli ayaqqabını ayağına geynərək ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X13 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-4543 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 30 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri Qarabağ küçəsində yerləşən heç kəsin yaşamadığı həyətdə olan evə bitişik bir ədəd su qızdırıcısını ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X9 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-4520 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 28 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri Köroğlu küçəsində qonşusu Samir adlı şəxsin evinin həyətinə daxil olaraq hamamın qarşısında olan su qızdırıcısını oğurlayıb, evin zirzəmisində söküb metal hissəsini, su krantının mis hissəsini ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X14 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 04 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-2171 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 03 yanvar 2022-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində evin qarşısında qıfıl olduğunu görüb və evin həyətinə daxil olaraq su qızdırıcısını ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X3 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını, barəsində inzibati icraat aparılan şəxsin səmimi etirafını dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 28 dekabr 2021-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri Köroğlu küçəsində qonşusu Samir adlı şəxsin evinin həyətinə daxil olaraq hamamın qarşısında olan su qızdırıcısını oğurlayıb, evin zirzəmisində söküb metal hissəsini, su krantının mis hissəsini, 30 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri Qarabağ küçəsində yerləşən heç kəsin yaşamadığı həyətdə olan evə bitişik bir ədəd su qızdırıcısını, 25 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsində yerləşən X11 həyətinə daxil olaraq evin qarşı hissəsində bərkidilmiş istilik sistemini və ayaqqabısı rəfində olan boz rəngli ayaqqabını ayağına geynərək, 19 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Q.B.Zakir küçəsində yaşayan X8 yaşadığı evinin həyətindən su mühərrikini və su hidrofonu, 28 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan X1 evin həyətindən “Marcos” markalı su nasosunu, 27 oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində vətandaş Alıyeva Zülfiyəyə məxsus 1 ədəd su qızdırıcısı, 21 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri, 20 Yanvar küçəsində yerləşən həyət evindən X16 100-150 manat dəyərində su qızdıranı, 03 yanvar 2022-ci il tarixdə Bərdə şəhəri, B.Hacıyev küçəsində evin qarşısında qıfıl olduğunu görüb və evin həyətinə daxil olaraq su qızdırıcısını oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X3 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati həbs tənbehləri qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 03 yanvar 2021-ci il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-18/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-18/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver