Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-18/2023 23.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə, Bərdə rayonu, Kələntərli kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Kələntərli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, Kələntərli-Muğanlı yolu ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən, Bərdə rayonu, Qaradəmirçi kəndində ərazisində idarə etdiyi “Kia karnaval” markalı, **-EV- *** dövlət nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu H.Eyvazov küçəsi döngə 6-da yaşayır. Kia carnaval markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobili idarə etmək üçün AE210801 seriya nömrəli sürücülük vəsiqəsı vardır. Bakı şəhərində yaşasada Bərdə rayonu Kələntərli kəndinə ata evinə qonaq gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Bərdə rayonu Kələntərli kəndindən çıxarkən Gülnaz və qardaşı Rəfail Hüseynovu avtomobilinə sərnişin qismində götürmüş, həmin vaxt Rəfail sərnişin qismində qabaq oturacaqda, bacısı Gülnaz isə arxa oturacaqda oturmuşdur. İdarə etdiyi Kia markalı avtomobil ilə Bərdə rayonu Kələntərli kəndindən Bərdə şəhərinə gələrkən Qaradəmirçi kanalı adlanan ərazisində qarşısında X3 idarə etdiyi Belarus markalı MTZ892 göy rəngli 10 z 808 dövlət qeydiyyat nişanlı traktor hərəkət etmiş və həmin ərazidə ötmə hərəkətinə icazə olduğu üçün, idarə etdiyi avtomobil ilə həmin traktoru ötmək istəmiş, həmin vaxt traktorun sürücüsü dönmə nişanından və ümumiyətlə hər hansı bir nişandan istifadə etmirmiş, həmin traktoru ötmək istəyərkən onun arxa təkərinə çatdıqda qəflətən traktor dönmə işiqından istifadə etmədən sol tərəfə dönmüş və bu zaman onun avtomobilinin sağ yan tərəfi trakrotun arxa təkərinə çırpılaraq yoldan çıxmışdır. Nəticədə avtomobili yoldan çıxaraq yol kənarında olan əkin sahəsinə düşmüşdür. Həmin vaxt avtomobilində olan qoruyucu şarlar açılmış, lakin buna baxmayaraq o, başının sağ alın nahiyəsindən xəsarət almışdır. Avtomobilində sərnişin qismində əyləşmiş Gülnaz adlı qadın sağ gözündən xəsarət almış, Rəfail isə sağ qolundan cızıq xəsarətləri almışdır. Bundan sonra avtomobilindən düşərək traktorun sürücünə yaxınlaşmış və hansı səbəbdən dönmə nişanından istifadə etmədiyini söruşmuş, lakin bu zaman həmin şəxs dönmə nişanından istifadə etdiyini və onu görmədiyini bildirmiş, lakin traktorun sürücüsünə yalan danışdığını bildirmişdir. Bundan sonra qardaşı Seymura zəng edərək yol nəqliyyat hadisəsi törətdiyini, həmin yerə gəlməsini xahiş etmiş, 7-8 dəqiqə sonra qardaşı həmin yerə gəlmiş, o, avtomobilində sərnişin qismində əyləşmiş Gülnaz və Rəfail ilə birgə Bərdə rayon mərkəzi xəstəxanasına gəlmişlər. Bədəni üzərində xəsarətlər olduğu üçün məhkəmə tibbi ekspertizasından keçmiş və rəy verilmişdir. Avtomaşını təxminən 60-65 kilometr saatda avtomobili idarə edirmiş, həmin vaxt sərxoş olmamışdır. İdarə etdiyi Kia markalı avtomobil ilə traktor MTZ892 markalı nəqliyyat vasitəsini ötməyə başlayan zaman traktor sağ hərəkət zolağında hərkətdə olmuş, traktorun arxasında olan ot biçənin tuşuna çatanda traktor sola dönmə əməliyyatına başlamışdır. Yalnız toqquşma anında siqnal vermiş, həmin ana kimi isə heç bir siqnal və ya yaxın uzaq işıqdan istifadə etməmişdir. Çünki, hadisə traktorun sürücüsünün qəfil dönmə əməliyyatı nəticəsində baş vermişdir. MTZ892 markalı Traktorun sola dönmə işığının qoşulu olub və ya olmamasını görməmişdir. Hadisə baş verən yolda hərəkət sürətini müəyyən edən hər hansı bir nişan olmamışdır. Hadisə baş verən günü spirtli içki qəbul etməmişdir. Avtomobil saz vəziyyətdə olmuşdur. Nəzərə alınmasını məhkəmə xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, protokolu tərtib etmiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 dekabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati icraat açılması və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin BDYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İlkin araşdırma zamanı izahat vermiş X3 izahatından görünür ki, o, Bərdə rayon Alaçadırlı kəndində yaşayır. Özünə məxsus Belarus markalı MTZ892 göy rəngli 10 z 808 dövlət qeydiyyat nişanlı traktorla saat 16:15 radələrində Bərdə rayon Kələntərli kəndi ərazisində olan sahədən çıxmış, Kələntərli kəndindən Bərdə şəhəri istiqamətində asvalt örtüklü yolla 1 km məsafəni təxminən 30 km/saat sürətlə hərəkət olarkən sola dönərək digər sahəyə ot biçininə getmək istəmiş, bu məqsədlə dönəcəyi döngəyə təxminən 100 metr qalmış sola dönmə işiğını yandırmış və dönəcəyi yola təxminən 5-6 metr qalmış qarşı hərəkət zolağına cıxmış, həmin vaxt Şəxs idarə etdiyi ağ rəngli Kia Carinaval markalı **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi traktorun sol arxa təkərindən vurmuş, zərbədən başı traktorun icərisində olan qapıya dəymiş və traktor yolun hərəkət hissəsində oynayaraq sağ tərəfə dönmüş və yolun hərəkət hissəsində dayanmışdır. İlkin istintaq zamanı izahat vermiş X4 izahatından görünür ki, Bərdə rayon Kələntərli kəndində yaşayır, mal qara saxlamaqla dolanır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində bacısı Gülnazla birlikdə Bərdə şəhərinə getmək məqsədilə evdən cıxmış, yolda həmkəndlisi Şəxs ilə qarşılaşmışlar və Şəxs idarə etdiyi ağ rəngli kia markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, avtomobilin qabaq sağ oturacağında, bacısı Gülnaz isə avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Yol boyu Elşən normal sürətlə kərəkət etmişdir. Qaradəmirçi arxının üstü kimi deyilən yerə catanda güçlü səs eşitmiş və avtomobil fıralanaraq sahəlik hissəyə doğru gedib dayanmışdır. Həmin vaxt yola baxmadığı üçün yolda hadisənin neçə olduğunu görməmişdir. Hadisə zamanı sağ qol nahiyəsindən xəsarət almış, Bərdə Mərkəzi rayon Xəstəxanasına getmiş və ilkin tibbi yardım aldıqdan sonra evinə qayıtmışdır. İlkin istintaq zamanı izahat vermiş X8 izahatından görünür ki, Bərdə rayon Kələntərli kəndində yaşayır, Kələntərli kənd tam orta məktəbində müəllimə işləyir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində, qardaşı Rəfayıl ilə birlikdə Şəxs idarə etdiyi ağ rəngli kia markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə Bərdə şəhərinə gedərkən, Qaradəmirçi arxının üstü kimi dediyi yerdə sərnişin olduğu avtomaşın yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt yola baxmadığı üçün yolda hadisənin neçə olduğunu görməmişdir. Xəsarət aldığı üçün Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılmış və orda ilkin tibbi yardım aldıqdan sonra evinə qayıtmışdır. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs barəsində olan 1139 nömrəli sərxoşluq aktından məlum olurki xx.xx.2022ci-ci il tarixdə, saat 17:00-da Şəxs sərxoş olmamışdır. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X3 barəsində olan 1140 nömrəli sərxoşluq aktından məlum olurki xx.xx.2022-ci il tarixdə saat 17:00-da X1 olmamışdır. İşə əlavə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 755 nömrəli rəyində qeyd edilmişdirki vət: Şəxs bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlərbaşın alın nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 760 nömrəli rəyində qeyd edilmişdir ki vət: X3 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol ön təpə nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 762 nömrəli rəyində qeyd edilirki vət: X10 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bazu, burun beli nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 763 nömrəli rəyindən qeyd edilirki vət: X5 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-yüngül kəllə-beyin travması ilə müşayət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ gözətrafı, sol gözyuvasıüstü, çənə və çənəaltı, sol baldır nahiyələrinin qançırları, sağ diz nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2577 nömrəli rəyinə əsasən Belarus MTZ 892 markalı 10 Z 808 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü X3 və kia Carneval markalı ** EV *** döblət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Fiziki şəxs X7 (vöen) **********-dən daxil olmuş aktdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində MTZ-892 markalı 10-Z-808 qeydiyyat nişanlı avtomobilə 13790 manat maddi ziyan dəymişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Fiziki şəxs X7 (vöen) **********-dən daxil olmuş aktdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində KİA Carnival markalı **-EV-*** qeydiyyat nişanlı avtomobilə 9388 manat maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, avtonəqliyyat hadisəsi baş versə də hadisənin hansı şəraitdə və hansı şəxsin təqsiri səbəbindən törədilməsi iş materialları ilə müəyyən edilmir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da məlum olur ki, təhqiqatçı yalnız hadisədə zərərə məruz qalan Belorus markalı MTZ892 göy rəngli 10 z 808 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 ifadəsinə əsaslanmaqla Şəxs hadisənin törədilməsinə səbəb olmaqla Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 2-ci bəndinin tələbini pozması qənaətinə gəlmişdir ki, bu da həmin şəxsin təqsirli olmasına dəlalət edə bilməz. İş üzrə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, hadisə barədə ilkin avtotexniki ekspertizanın keçirilməsi naməlum səbəbdən mümkün olmamış, təkrar ekspertiza isə keçirilməmişdir. Beləliklə, səlahiyyətli dövlət orqanı tərəfindən işdə kifayət qədər sübutlar toplanmamış və şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, Şəxs barəsində AR.İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göründüyü kimi Şəxs inzibati xəta törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin327.8, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-18/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-18/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver