Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-18/2024 02.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1999-cü il tarixdə, Bərdə rayonu, Gülgəzli kəndində anadan olmuş, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Gülgəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanması haqqında Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Polis Şöbəsində 02 yanvar 2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il TB-nın qərarına əsasən Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi X4 bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 17:30 radələrində Bərdə rayon Kolayır kəndi ərazisində Bərdə rayon Gülgəzli kəndində yaşaya Şəxs ilə Bərdə rayon Kolayır kəndində yaşayan Zərərçəkmiş şəxs arasında şəxsi münasibətləri zəmnində münaqişə baş vermiş, münaqişə zamanı tərəflər bir birlərini vuraraq birbirlərinə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Ona görə də toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs barələrinə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçü surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayon Gülgəzli kəndində yaşayır. Rəsmi işi olmadığından fərdi əməklə məşğul olur. Təxminən 2 il əvvəl özünə məxsus avtomobillə Bərdə rayon Kolayır kəndi ərazisindən gedərək, Zərərçəkmiş şəxs məxsus heyvanlara öz avtomobili ilə vurmuşdur. Həmin vaxtdan sonra işləri məhkəmədə araşdırılmış və hazırda iş dayandırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxsla aralarında narazılıqlar yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Bərdə rayon Kolayır kəndi ilə gələrkən Seymurun yolla heyvan apardığını görmüş, avtomobilinin sürətini azaldaraq Seymurun heyvanı çıxarmasını bir qədər gözləsə də, Seymur heyvanı yolun hərəkət hissəsindən çıxarmadığından avtomobilə sürət verərək heyvanların yanından keçmiş və qarşıda olan mağazanın yaxınlığında avtomobilini saxlayaraq yerə düşüb mağazaya girmək istəyərkən, Seymur nalayiq ifadələrlə onu söyüb üzərinə hücum edərək ağacla onun kürək hahiyyəsindən bir dəfə vurmuşdur. Bundan sonra o, ağacı tutaraq Seymurla dartışmışlar və o, yerə yıxılmışdır. Bundan sonra tanımadığı şəxslər gələrək onları ayırmışdır. Baş vermiş mübahisə zamanı o, Seymuru vurmadığını, lakin, özünün xəsarətlər aldığını göstərmişdir. O, Zərərçəkmiş şəxs ilə mübahisə olduğunu, ona xəsarət yetirmədiyini və hal-hazırda barışdıqlarını bildirərək icraata xitam verilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikd Bərdə rayon Kolayır kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə Bərdə rayon Gülgəzli kəndində yaşayan Şəxs idarə etdiyi avtomobillə ona məxsus iki baş iribuynuzlu heyvanları vuraraq öldürmüşdür. Həmin vaxt ilkin olaraq Bərdə RPŞ-də araşdırma aparılmış, lakin araşdırmadan sonra o, iki baş iribuynuzlu hevan tələbi ilə bağlı Bərdə rayon məhkəməsinə müraciət etmişdir. Bərdə rayon məhkəməsi Şəxs onun xeyrinə 3000 manat tulması barədə qərar qəbul edilsə də, lakin, Şəxs Bərdə rayon məhkəməsinin qərarından apelyasiya şikayət vermiş, hazır ki, vaxtadək olan müddət ərzində onun pulunu vermir. xx.xx.2023-cü il tarixdə saa 18:40 radələrində özünə məxsus iribuynuzlu heyvanları kəndləri ilə gətirərkən Şəxsr özünə məxsus avtomobillə yolla gəldiyini görmüşdür. Elvin avtomobili ilə onun yanına çatdıqda avtomobilinə sürət verərək, onun heyvanlarını yoldan çıxarmağını işarə etmiş və ona gülərək heyvanları yenə yolla apardığını ona bildirmişdir. O, isə heyvanları yolla aparacağını bildirmişdir Bundan sonra Elvin idarə etdiyi "vaz 2109" markalı avtomobili saxlayaraq avtomobildən yerə düşüb onun üzərinə hücum çəkmişdir. Həmin vaxtı o, əlində olan ağacla Elvinin kürək nahiyyəsindən bi dəfə vurmuş, bu səbəbdən aralarında dav-dalaş yaranmışdır. Mübahisə zamanı o, əlində olar tokçobanı yerə qoymaq istədikdə, Elvin dizi ilə onun alın nahiyyəsindən bir dəfə vurmuş, bu səbəbdər o, yerə yıxılmış və diz nahiyyəsindən xəsarət almışdır, bununla əlaqədar olaraq məhkəmə tibb ekspertizasından keçmək istəyir. Baş vermiş mübahisə Bərdə rayon Kolayır kəndi ərazisində olmuş və təxminən 2-3 dəqiqə ərzində davam etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs – xx.xx.1999-cu il tarixdə Bərdə rayonu, Gülgəzli kəndində anadan olmuşdur. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət: Zərərçəkmiş şəxs və Şəxs müraciətləri əsasında toplanmış HK-1/4311 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Bərdə rayon Gülgəzli kəndində yaşayan Şəxs və Bərdə rayon Kolay kəndində yaşayan Zərərçəkmiş şəxs barəsində AR-nın İXM-in 157ci maddəsi il tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nin İTB-nə verilməsi, qəbul edilmiş qərarın surəti Bərdə rayon Gülgəzli kəndində yaşayan Şəxs və Bərdə rayon Kolayır kəndində yaşayan Zərərçəkmiş şəxs göndərilməklə, qəbu edilmiş qərardan Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün Bərdə rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanması üçün Bərdə RPŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-18/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-18/2024
02.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver