Məhkəmə qərarları › İş №3(021)-1811/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1811/2025

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1811/2025 19.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, Cəlilzadə Mehran Anar oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı və 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarlardan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ******* Rusiya rublu valyuta məbləğinin 10 (on) faizi miqdarında, yəni 119093,40 Rusiya rublu məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərara əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 942000 Rusiya rublu valyuta məbləğinin 10 (on) faizi miqdarında, yəni 94200 Rusiya rublu məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X3 məhkəməyə şikayət ərizəsi ilə nüraciət edərək inzibati xətanın törədilməsində təqsiri olmadığından, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* və xx.xx.2025-ci il tarixli, EP ******* saylı qərarlarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Rəna Məlikova tərəfindən tərtib olunmuş qərara əsasən “1.190.934 Rusiya Rublu məbləğində vəsaiti xx.xx.2023-cü ildə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır”. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair xx.xx.2025-ci il tarixli, EP №0256661 saylı inzibati tənbeh vermə haqqında qərarla 119.093,4 Rusiya rublu məbləğində cərimə edilmişdir. Habelə, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Rəna Məlikova tərəfindən tərtib olunmuş digər qərara əsasən “942.000 Rusiya Rublu məbləğində vəsaiti xx.xx.2023-cü ildə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır”. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP №0256662 saylı inzibati tənbeh vermə haqqında qərarla 94.200 Rusiya rublu məbləğində cərimə edilmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdeh- Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP №0256661 saylı və xx.xx.2025-ci il tarixli, EP №0256662 saylı qərarları etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə müvafiq olaraq 119.093,4 Rusiya rublu və 94.200 Rusiya rublu məbləğində cərimə edilməsi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. O, savadsız kənd adamıdır. Ömründə sahibkarlıqla məşğul olmamışdır. 2023-cü ildə dayısı onun adından öz adına etibarnamə verməsini xahiş etmişdir. O da dayısı olduğundan və bu işlərdən başı çıxmadığı üçün, habelə dayısına etibar etdiyindən onun adına etibarnamə vermişdir. Bundan sonra, həmin etibranamə ilə bir daha maraqlanmamışdır. 2023-cü ilin dekabr ayında dayısı intihar edərək vəfat etmişdir. 2024-ci ilin yayında Vergilər İdarəsindən evinə məktub gəldikdən sonra, onun xəbəri olmuşdur ki, dayısı onun adına şirkət açıb və ölkədən mal ixracı ilə bağlı işlər görmüşdür. Bu barədə prokurorluğa bildirsə də, ona demişlər ki, iş mülki xarakterlidir. Bundan sonra, Gəncə İnzibati Məhkəməsində vergi borcunun silinməsinə dair iddia qadırımışdır. X12 Məhkəməsinin icraatındadır. 2025-ci ilin yanvar ayında məhkəmədə iddia qaldırsa da, hələ də məhkəmədə araşdırma gedir. Hesab edir ki, ölkədən mal ixracı ilə, ümumiyyətlə sahibkarlıq fəaəliyyəti ilə məşğul olmadığından, bu işlərdən anlayışı olmadığından, bütün işləri mərhum dayısı gördüyündən hazırkı qərarlar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X1 İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli EP ******* saylı və 03 dekabr 2025-ci il tarixli EP ******* saylı qərarlardan X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X3 xx.xx.1994cü ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. “İnzibati xəta haqqında” 19 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli protokoldan görünür ki, X4 tərəfindən 1190934.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 27 oktyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2(iki) il müddətində 1190934.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamasına görə X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ******* Rusiya rublu valyuta məbləğinin 10 (on) faizi miqdarında, yəni 119093,40 Rusiya rublu məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 942000 Rusiya rublu valyuta məbləğinin 10 (on) faizi miqdarında, yəni 94 200 Rusiya rublu məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7E-25121 reyestr nömrəli etibarnamədən görünür ki, etibar edən- X3 etibar edilən X9 etibarnamə üzrə- “Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etmək, istifadə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, əmlak bölgüsü barədə müqavilə bağlamaq, icarəyə, kirayəyə vermək, yaxud icarəyə, kirayəyə götürmək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə həqq-hesablar aparmaq, əvəzimdən notariat qaydarında rəsmiləşdirilən bütün sənədləri və plan bölgünü imzalamaq, notariat ofisinə müraciət etmək, adımdan istənilən məzmunlu ərizələr vermək, o cümlədən, qeydiyyatda olduğum daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair ərizə təqdim etmək, əvəzimdən imza etmək, sorğu vermək, sorğuya cavab almaq, adımdan bütün isləri aparmaq, sənədləri rəsmiləşdirmək, ondan imtina etmək, adımdan mirası qəbul etmək və ya ondan imtina etmək, vərəsəlik işini sənədləşdirmək, vərəsəlik şəhadətnaməsini almaq, miras paya sərəncam vermək, bağışlamaq, bölüşdürmək, mənə məxsus əmlaklara istənilən şəxsləri qeydiyyata salmaq, bununla bağlı adımdan ərizələr vermək, ünvanlı sosial yardım ilə bağlı müraciət etmək, lazımi sənədləri təqdim etmək, adımdan təmsilçilik ərizəsini tərtib etdirmək, ailə təmsilçisini seçmək, ərizəni təsdiq etdirmək, bütün hüquqi və fiziki şəxslər qarşısında, idarələrdə, təşkilatlarda, o cümlədən, banklarda, Arxiv idarəsində, bütün nazirliklərdə, o cümlədən, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, İqtisadiyyat Nazirliyində və onun qurumlarında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində və onun bütün qurumlarında, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində və onun bütün qurumlarında məni təmsil etmək hüququnu verirəm, həmçinin, Səfirliklərdə, İcra Hakimiyyətlərində, Bələdiyyələrdə, İqtisadiyyat Nazirliyi Yanında ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxsinin istənilən Ərazi İdarəsində, MİS-də, notariat ofislərində, Qeydiyyat şöbəsində, ASAN-Xidmət mərkəzlərində, DOST mərkəzlərində, MMC-lərdə, “Azərişıq’’ ASC-də, “Azəriqaz" İB-də, “Azərsu" ASC-də, Telefon qovşaqlarında, "AZƏRCELL” Şirkətində, "xxxx" Şirkətində, "xxxx" Şirkətində, Azərbaycan Respublikası ərazisində yerləşən bütün Poçt şöbələrində, Sosial Müdafiə Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və onun qurumlarında, istənilən Sığorta Şirkətlərində, Karqo terminallarında, hava limanında, gömrük buraxılış məntəqələrində nümayəndə qismində məni təmsil etməyi və bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcədə, sənədləri, sənədlərin dublikatlarını almağı, təqdim etməyi, bütün bank və bank filallarında, şöbələrində adıma hesablar açmağı, cari və əmanət (depozit) hesabları üzrə sərəncam verməyi, pulları hesablara qoymağı və istənilən məbləğləri almağı, mədaxil və məxaric etməyi, buna dair çıxarışları almağı, xarici ölkələrdən adıma gələn pul vəsaitlərini almağı, faizləri almağı, bank plastik kartlarını və PİN kodları sifariş verməyi və almağı, dəyişdirməyi, bərpa etdirməyi, mənə məxsus hesablardan digər hesablara pul köçürmələri etməyi, istənilən bank əməliyyatını həyata keçirməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün növ dövlət və qeyridövlət, təşkilatlarda, müəssisələrdə, idarələrdə, kooperativ və ictimai təşkilatlarda, bütün dövlət və qeyri dövlət orqanlarında məni təmsil etməyi, sənədləri, arayışları, çıxarışları (və ya vahid çıxarışları), elektron çıxarışları, şəxsi elektron kabinetimdən sənədlər və çıxarışlar əldə etməyi, texniki pasportları və yüklülük arayışını almağı və təqdim etməyi, rüsumları ödəməyi, habelə, hüquqi və fiziki şəxslər qarşısında çıxış etməyi, mənim adımdan ərizə verməyi, əvəzimdən imza etməyi, o cümlədən İpoteka Kağızını imzalamağı, təhvil-təslim aktını bağlamağı və imzalamağı, o cümlədən, adıma gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adımdan bütün işləri aparmağı, o cümlədən, adımdan verilmiş və mənin adıma verilmiş etibarnamələri, tərəfimdən bağlanmış müqavilələri ləğv etməyi, buna dair ərizələr verməyi, sazişlər bağlamağı, o cümlədən, vəkillə müqavilə bağlamağı, orderi almağı, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və onun qurumlarında vergi ödəyicisinin reyestr məlumatlarına cair sənədləri tələb etməyi və imzalamağı, bütün növ təsis sənədlərinə mənim adımdan imza etməyi, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adımdan ərizələr verməyi, əvəzimdən imza etməyi və digər bütün hərəkətləri etməyi etibar edirəm. Qeyd: Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələrim etibar edən qismində mənə ətraflı izah olundu. Bu etibarnamə “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. “-səlahiyyətlər vermişdir. -Etibarnamə 1 il müddətinə verilib və xx.xx.2024-cü il saat 23:59-dək qüvvədədir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. 129.1-ci və 129.1.3-cü maddələrinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. 430.4-cü maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edildi ki, X4 1190934.00 Rusiya rublu məbləğində vəsaiti 27 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1190934.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. -Bundan başqa o, 942000.00 Rusiya rublu məbləğində vəsaiti 24 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 942000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da, X4 Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 məhkəmə iclasında dayısı X9 etibarnamə verdiyini, əməliyyatları onun adından dayısının apardığını, heç nədən məlumatının olmadığını qeyd etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, xaricə pul köçürmələri 24 oktyabr 2023-cü və 27 oktyabr 2023-cü illərdə aparılmış, X4 tərəfindən etibarnamə isə 27 noyabr 2023-cü il tarixdə X9 verilmişdir. Göründüyü kimi, xaricə pul köçürmələri etibarnamə verilməmişdən əvvəl edilmişdir. X4 şikayətinin əsaslı olması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında araşdırılan sübutlarla X2 barəsində olan Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı və 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarların ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı və 03 dekabr 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarlardan verdiyi şikayət təmin edilməsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar