Məhkəmə qərarları › İş №3(021)-1835/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1835/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1835/2023 06.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bərdə şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 06 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-3119/2023 saylı 24 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclunun tələbkara ümumilikdə 18990 manat borcu qalmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-3119/2023 saylı 24 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclunun tələbkara ümumilikdə 18990 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, yaranmış borcu heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Lakin zərərçəkmiş X4 və X3 borcu tam şəkildə ödənilməsini istəmişlər. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3119/2023 saylı 24 noyabr 2022ci il tarixli icra sənədinə əsasən borclunun tələbkara ümumilikdə 18990 manat pul borcunu ödəməlidir. İmkanı çatdıqca ödəniş edir. Bundan əlavə Bərdə icra şöbəsində əlavə 2 dənə icra sənədi üzrə ödənişlər edir. Himayəsində 3 uşaq vardır. Tam şəkildə ödəniş üçün imkanı yoxdur. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdiki, Şəxs hazırda borclarından mütəmadi olaraq ödənişlər edir. Qərəzli olaraq yayınma halları müşahidə olunmur. Digər icra sənədləri üzrə ödənişlərinin olmasını və həmin ödənişləri vaxtında ödəməsini nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-3119/2023 saylı 24 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclunun tələbkara əmlak üzrə 18990 manat borcu qalmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs digər icra sənədləri üzrə mütəmadi olaraq borcunu ödəyir. Yayınma halları müşahidə olunmamışdır. Məhkəmə daxil edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, borc düzgün olaraq hesablanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, MN ******* saylı 06 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-3119/2023 saylı 24 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclunun tələbkara ümumilikdə 18990 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamağı göstərilmiş olsa da, icra şöbəsində digər icra sənədləri üzrə borclarının vaxtında ödəməsi və himayəsində 3 uşağının olması faktları nəzərə alınmamış, borc düzgün hesablanmamışdır. Bundan başqa borclunun himayəsində uşaqlarının olması, eləcə də uşaqlarının hansınınsa xəstə olmasını icra məmuru bildirsə də, həmin faktları təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon İcra və probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar