Məhkəmə qərarları › İş №3(021)-1837/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1837/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1837/2023 08.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17932415 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17932415 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X2 məhkəməyə ərizə verərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X2 barəsində qəbul edilmiş qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermə müddətini buraxmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 qərarı nə vaxt əldə etməsi və qərardan şikayət vermə müddətini buraxmasının üzrlü səbəbləri barədə şikayət ərizəsinə sübut əlavə etməmiş və şikayət müddətini ötürməsi ilə bağlı məhkəməyə buraxılmış prosessual müddətinə bərpasına dair vəsatət (ərizə) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayət vermə müddəti şikayət verən şəxs X2 tərəfindən üzürsüz səbəblərdən buraxılmış və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Həmçinin, şəxsin qərarı nə vaxt əldə etməsinə dair sübut da iş materialına əlavə edilməmişdir. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17932415 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar