Məhkəmə qərarları › İş №3(021)-184/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-184/2021

20.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-184/2021 20.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1996-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, Vaqif küçəsi 123-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketdən 45 manat dəyərində qida məhsulları oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 noyabr 2020-ci il tarixdə gecə saatlarında Bərdə şəhəri, Məhsəti küçəsi ev 18-də yaşayan X4 məxsus yaşayış evinin zirzəmisinə daxil olaraq 80-90 manat dəyərində samovarını oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Bolmart”-dan cəmi 57 manat dəyərində 1 ədəd viski, 2 ədəd şampunu oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri, Məhsəti küçəsi 12-də yaşayan X2 evindən cəmi 90 manat dəyərində 1 ədəd böyük qazanı, 2 ədəd teşti və 3 ədəd dəmir parçasını oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketdən 8 ədəd şkolad, 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Bolmart”-dan 2 ədəd şampunu oğurlamışdır. Digər oğurlanan əmlaklardan məlumatı yoxdur, həmin əmlakları oğurlamamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X3 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 12 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-347 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “OBA” Bərdə 12 filialından ümumi dəyəri 45 manat olan ərzaq məhsullarını gizli yolla talayan naməlum iki nəfər şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X6 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 21 noyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3752 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayonu Məshəti küçəsi ev 18-də yaşayan X4 məxsus 80- 90 manat dəyərində olan samovarını oğurlamış və ya şəxslərin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X6 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 20 fevral 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-505 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Bolmart” ərzaq mağazasına daxil olaraq mağazada vitrinin üzərindən 2 ədəd 11 manat dəyərində şampunu və 1 ədəd 35 manat dəyərində “viski”ni oğlurlayan Şəxs Cəlal oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 14 sentyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, HK-1-2940 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 yaşadığı evin həyətyanı sahəsindən oğurluq edən şəxs və ya şəxslər gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan respublikasının İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs əməlində 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketdən 45 manat dəyərində qida məhsulları oğurlaması, 15 noyabr 2020-ci il tarixdə gecə saatlarında Bərdə şəhəri, Məhsəti küçəsi ev 18-də yaşayan X4 məxsus yaşayış evinin zirzəmisinə daxil olaraq 80-90 manat dəyərində samovarını oğurlaması, 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Bolmart”-dan 1 ədəd viski oğurlaması, 07 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri, Məhsəti küçəsi 12-də yaşayan X2 evindən cəmi 90 manat dəyərində 1 ədəd böyük qazanı, 2 ədəd teşti və 3 ədəd dəmir parçasını oğurlaması faktı ilə bağlı inzibati xəta tərkibi olmadığından barəsində həmin epizodlar üzrə Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə toplanmış materialları araşdıraraq müəyyən etdi ki, təhqiqat materiallarında zərərçəkmiş şəxslərə məxsus 45 manat dəyərində qida məhsulları, samavar, viski, 1 ədəd böyük qazan, 2 ədəd teşt və 3 ədəd dəmir parçasının Şəxs tərəfindən oğurlanması barədə heç bir məlumat yoxdur. Şəxs təhqiqat zamanı zərərçəkmiş şəxslərlə üzləşdirilməmişdir. Təhqiqat orqanı tərəfindən cinayət işinin başlanmasının rədd qərarlarından müəyyən edilir ki, həmin əmlakların Şəxs tərəfindən oğurlanması faktı öz təsdiqini tapmamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketdən 8 ədəd şkolad və 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Bolmart”-dan 2 ədəd şampun oğurladığını etiraf etmiş, digər əşyaların onun tərəfindən oğurlanmadığını bildirmişdir. Beləliklə məhkəmə iclasında Şəxs 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketdən 45 manat dəyərində qida məhsulları oğurlaması, 15 noyabr 2020-ci il tarixdə gecə saatlarında Bərdə şəhəri, Məhsəti küçəsi ev 18-də yaşayan X4 məxsus yaşayış evinin zirzəmisinə daxil olaraq 80- 90 manat dəyərində samovarını oğurlaması, 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Bolmart”-dan 1 ədəd viski oğurlaması, 07 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri, Məhsəti küçəsi 12-də yaşayan X2 evindən cəmi 90 manat dəyərində 1 ədəd böyük qazanı, 2 ədəd teşti və 3 ədəd dəmir parçasını oğurlamasını təsdiq edən heç bir sübut aşkar edilməmiş, məhkəmə iclasında belə bir hal aşkar olunmamış, bu hal məhkəmə iclasında heç bir sübut növü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 416.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü i maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketdən 45 manat dəyərində qida məhsulları oğurlaması, 15 noyabr 2020-ci il tarixdə gecə saatlarında Bərdə şəhəri, Məhsəti küçəsi ev 18-də yaşayan X4 məxsus yaşayış evinin zirzəmisinə daxil olaraq 80-90 manat dəyərində samovarını oğurlaması, 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Bolmart”-dan 1 ədəd viski oğurlaması, 07 sentyabr 2020-ci il tarixdə Bərdə şəhəri, Məhsəti küçəsi 12-də yaşayan X2 evindən cəmi 90 manat dəyərində 1 ədəd böyük qazanı, 2 ədəd teşti və 3 ədəd dəmir parçasını oğurlaması əlamətləri olması öz təsdiqini tapmadığından onun barəsində həmin epizodlar üzrə olan inzibati xətaya dair işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 76.2-cü maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs 03 fevral 2021-ci il tarixdə saat 1830 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Oba” marketdən 8 ədəd şkolad və 17 fevral 2021-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Bolmart”-dan 2 ədəd şampun oğurlaması faktları üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında protokollar və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxs törətdiyi inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi üç ay olduğundan sonuncunun barəsində törətdiyi hər inzibati xətaya görə 30 gündən az cəza təyin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 3(021)-182/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-184/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün müddətə inzibati tənbeh növündə həbs edilsin. Şəxs üzərində qəti olaraq 01(bir) ay 01(bir) gün müddətə inzibati tənbeh növündə həbs saxlanılsın. İnzibati həbs etmənin əvvəli 19 fevral 2021-ci il tarixdən saat 1200-dan hesablansın. Şəxs hərəkətlərində 3(021)-183/2021 və 3(021)-185/2021 saylı inzibati xəta haqqında materiallar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olmadığından inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar