Məhkəmə qərarları › İş №3(021)-1844/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1844/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1844/2023 21.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cı il tarixdə Ağdam rayonu Əfətli kəndində anadan olmuş, Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olmaqla Bərdə rayon Alaçadırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə 10 avqust 2023-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bərdə rayon Alaçadırlı kəndində yaşayır, ona məxsus VAZ21723 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili vardır. Həmçinin onun BC kateqoriyalı xx.xx.2030-cü ilədək etibarlı olan sürücülük vəqisəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 19:11 radələrində avtomobilini idarə edərək Bərdə şəhərindən Bərdə rayon Alaçadırlı kəndinə gedirmiş, həmin vaxt hava qaralmış və o, yaxın işıqlardan istifadə etməklə hərəkət edirmiş, həmin vaxt onun hərəkət sürəti təxminən 55 km saat sürət olmuşdur. O, əvvəllər metal qəbulu məntəqəsi yanından ötüb Alaçadırlı kəndi istiqamətinə keçmişdir. Həmin yerdə yolun sol kənarında qazıntı işləri aparılır və yolun kənarı ilə isə kiçik metal dirəklər basdırılmış və metal naqillə ǝtahə etməklə həmin ərazidə diqqət çəkmək üçün salafan bandlar bağlamışlar. O, qazıntı olan yerə çatan zaman qarşı tərəfdən yəni yolun sol hərəkət zolağı ilə velosipetçi gəlirmiş, velosipetçi ona çatmağa az qalmış, velosipetçinin ayağı qazıntı işləri aparılan yerin hasarlanması üçün çəkilmiş naqilə ilişdi bu zaman Velosipetçi qǝfidən onun hərəkət zolağına cıxmışdır. O, hadisədən yayınmaq istəsədə bu mümkün olmamış və onun avtomobilinin sağ qabaq hissəsi velosipetin yan hissəsinə dəymiş, bu zaman velosipeti idarə edən şəxs onun avtomobilinin qabaq alın şüşəsinə dəymiş və yerə düşmüdür. O, avtomobilini dərhal saxlayıb velosipetçini yəni uşağı avtomobilə qoyaraq orda olan tanımadığım bir şəxslə birlikdə adını sonradan bildiyi X3 əvvəlcə Bərdə RMX-nə, daha sonra isə Bərdə DM-nə aparmış və orada həkimlər Məhəmmədə yardım etmişlər. Yol nəqliyyat hadisəsi baş verən zaman spirtli içki qəbul etməmiş, sərxoş olmamışdır. Həmçinin bildirdiki, hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:55 radələrində Bərdə rayonu Alaçadırlı kəndində yaşayan 2010-cu il təvəllüdlü X5 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Bərdə MDM-nə daxil olmuşdur. Araşdırma zamanı hadisə yerinə baxış keçirilərək baş vermiş yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş, izahatlar alınmış və hadisə vaxtı xəsarət almış şəxsin hansı xəsarətlər almasını müəyyən etmək üçün həmin şəxsin barəsində məhkəmə-tibb ekspertizası keçirilməsi haqqında qərar qəbul edilərək ekspertizaya təqdim edilmiş və digər zəruri təhqiqat hərəkətləri aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 19:11 radələrində Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Şəxs sürücülük hüququ olmaqla, sərxoş olmadan idarə etdiyi özünə məxsus vaz 2172 markalı 45BJ 387 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə Bərdə şəhərindən Bərdə rayonu Alaçadırlı kəndi istiqamətində hərkətdə olmuş, bu zaman manevir qaydalarını pozaraq velosipetçi X3 ehtiyatsızlıqdan vuraraq sonuncunun sağ təpə- gicgah nahiyəsinin əzilmiş yarası, sağ bazu oynağının aşağı 1/3-nin bayır səthinin, sol saidin yuxri 1/3-nin arxa səthinin sıyrıqları ilə nəticələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarət yetirməklə yol nəqliyat hadisəsi törətmişdir. Toplanmış materialda hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respubliaksi CPM-nin 39.1.2-ci maddəsi ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Bərdə RPŞ-nin DYPB-nə verilmişdir. Həmçinin həmin qərardan görünür ki; Şəxs barəsində olan 1331 nömrəli sərxoşluq aktından məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 16:40-da o, sərxoş olmamışdır. Araşdırma zamanı Bərdə RPŞ-nə ərizə ilə müraciət edən X6 azyaşlı övladı X2 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA" ETT Birliyinin Bərdə r/a zona mərkəzinin xx.xx.2022-ci il tarixli 769 nömrəli rəyindən məlum olur ki, X2 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sağ bazu oynağının aşağı 1/3-nin bayır səthinin, sol saidin yuxri 1/3-nin arxa səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Yol Patrul Xidmətinin baş inspektoru X4 tərəfindən tərtib edilmiş 10 avuqst 2023-cü il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar