Məhkəmə qərarları › İş №3(021)-1845/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1845/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1845/2023 20.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, xx.xx.1974-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Şəxs(Ş/V: AZE *******), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair DİN-nin Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: DİN-nin Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Şəxs idarə etdiyi "VAZ 2101" minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Qaradəmirçi kəndinin içərisində Bərdə rayonu Mustafaağalı kəndi istiqamətində hərəkətdə olan zaman 1.14.1 nişanlanması ilə işarələnmiş nizamlanmayan piyada keçidinə yaxınlaşmanı bildirən 5.16.2 "piyada keçidi" məlumatverici-göstərici yol nişanına əhəmiyyət vermədən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 37-ci maddəsinin 11-ci bəndinin tələblərini pozmaqla yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından olan uşaqların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, buna əməl etməyərək idarə etdiyi "VAZ 2101" minik markalı, 09-BT- 951 dövlət qeydiyyat nişanlı avtomobillə yolun qarşı hərəkət hissəsinə keçməyə çalışan xx.xx.2015-ci təvəllüdlü X3 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Toğrul Vəlizadə beyin silkələnməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarət almışdır. Bunula da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün DİN-nin RPŞ-nin DYPB-nə göndərilmişdir. Ona görə də Bərdə rayon Yol patrul xidməti baş inspektor X4 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasən Şəxs – xx.xx.1974-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. (Ş/V: AZE *******). İş materiallarında olan BC255957 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan DİN-in Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində toplanmış HK-1/4212 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti DİN-nin RPŞ-nin DYPB-nə görədilmişdir. İş materiallarında olan DİN-in Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs minik avtomobilini idarə etmək üçün xx.xx.2022-ci il tarixdə 10 il müddətinə verilmiş "BC" kateqoriyalı BC 255957 seriya nömrəli sürücülük vəsiqəsi vardır, "VAZ 2101" minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Bərdə RMX-nın 1343 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur . Materiala əlavə edilmiş MTE və PA Birliyinin Bərdə rayonlarası Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli 776 nömrəli rəyindən görünür ki, vət. X1 bədəni üzərində müəyyən edilmiş xəsarət- beyin silkələnməsi ilə müşayiət olunan başın tüklü hissəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı piyada kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Şəxs idarə etdiyi "VAZ 2101" minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Qaradəmirçi kəndinin içərisində Bərdə rayonu Mustafaağalı kəndi istiqamətində hərəkətdə olan zaman 1.14.1 nişanlanması ilə işarələnmiş nizamlanmayan piyada keçidinə yaxınlaşmanı bildirən 5.16.2 "piyada keçidi" məlumatverici- göstərici yol nişanına əhəmiyyət vermədən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 37-ci maddəsinin 11-ci bəndinin tələblərini pozmaqla yol hərəkətinin ən müdafiəsiz İştirakçılarından olan uşaqların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, buna əməl etməyərək idarə etdiyi "VAZ 2101" minik markalı 09-BT- 951 dövlət qeydiyyat nişanlı avtomobillə yolun qarşı hərəkət hissəsinə keçməyə çalışan xx.xx.2015-ci təvəllüdlü X3 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Toğrul Vəlizadə beyin silkələnməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarət almışdır. Bunula da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar