Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1846/2023 13.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuş, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 13 dekabr 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(021)- 1901/2023 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 23 oktyabr 2010-cı il təvəllüdlü X6 və 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (uç yaz iyirmi) manat sabit pul məbləğində aliment X4 alınaraq X2 xeyrinə tutulmalıdır. Alimnetin tutulması 03 aprel 2023-cu il tarixdən hesablanmışdır. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir və 2560 manat aliment borcu vardır. Hazırda 700 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hepatit xəstəsidir, maddi imkanı olmadıından alimenti ödəyə bilməmişdir. Hazırda borcundan 700 (yeddi yüz) manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəkdir. Borcunun ödəməsindən yayınmır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs tərəfindən ödənilən 700 manat ödənişi qəbul etmişdir. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(021)-1901/2023 saylı icra sənədindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 23 oktyabr 2010-cı il təvəllüdlü X6 və 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (uç yaz iyirmi) manat sabit pul məbləğində aliment X4 alınaraq X2 xeyrinə tutulmalıdır. Alimnetin tutulması 03 aprel 2023-cu il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tərtib olunmuş və inzibati işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(021)-1901/2023 saylı icra sənədi üzrə 700 (yeddi yüz) manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən 700 (yeddi yüz) manat ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınmasından və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1846/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1846/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver