Məhkəmə qərarları › İş №3(021)-186/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-186/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-186/2025 17.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X3 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Bərdə rayonu Qaraqoyunlu kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 17 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 aprel 2025-ci il tarixdə X4 ictimai yerdə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, təxminən 5-6 il əvvəl İntiqam Əmirovun əmisi ilə aralarında narazılıq olmuşdur. Bundan sonda bir neçə dəfə aralarında narazılıq olmuş, lakin sonradan barışmışlar. xx.xx.2025-ci ildə Bərdə rayonu Mal bazarında olarkən İntiqam Əmirov onun yanından keçərkən çiyni ilə ona toxunmuş və “yol verin” deyərək keçib getmişdir. Fikirləşmişdir ki, sonuncu ona sataşır. Orxan adlı şəxsdən İntiqamın telefon nömrəsini almışdır ki, zəng edib ondan aralı durmasını desin. İntiqam Əmirovu söyüb təhqir etməmiş, ona qarşı nalayiq ifadələr işlətməmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 göstərdi ki, xx.xx.2017ci ildə söyüş-təhqirə görə məhkəmədə cinayət işləri olmuş, məhkəmədə barışmışlar. 4-cü dəfədir ki, Şəxs barəsində polisə şikayət edir. Sonuncu dəfələrlə adamlar olan yerdə onu söyüb təhqir etmişdir. xx.xx.2025-ci ildə mal bazarında olarkən Şəxs da bazarda olmuş, sonuncunun yanından keçərkən “yol verin” deyərək keçmişdir. Şəxs fikirləşmişdir ki, ona sataşır. O, evindən çölə çıxa bilmir, Namidar onu harda görürsə telefonu yalandan qulağına tutaraq guya kiminləsə danışırmış kimi nalayiq ifadələr işlədir. Hazırda Şəxsla barışmışdır, sonuncudan şikayət və tələbi yoxdur. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında göstərdi ki, X11 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs onu söyüb təhqir etdiyini bildirmişdir. Bu səbəbdən Şəxs Bərdə Rayon Polis Şöbəsinə dəvət edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 05 aprel 2025-ci il tarixdə X4 ictimai yerdə nalayiq ifadələrlə söyüb təhqir etməsi qeyd edilsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 5-6 il əvvəldən narazılıqlar olmuşdur. xx.xx.2025-ci il tarixdə Bərdə rayon Mal bazarında X7 Əhmədovun yanından keçərkən “yol verin” deyərək keçib getmiş, sonuncu İntiqam Əmirovun bu sözünü ona sataşması kimi qəbul etmişdir. Lakin tərəflər arasında heç bir mübahisə olmamışdır. İntiqam Əmirov isə mücərrəd ifadələr işlədərək, Şəxs onu görəndə özünü telefonla danışan kimi göstərərək nalayiq ifadələr işlətdiyini, bu səbəbdən evindən çölə çıxa bilmədiyini qeyd etmişdir. Lakin sonuncunun göstərdikləri özünün ifadəsindən başqa heç bir sübut növü ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar