Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1860/2023 28.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Qərardan şikayət verən X3, Bərdə rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X1 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* tarixli elektron qərarından X6 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatətə və şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X6 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* tarixli elektron qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonunda yaşayır. Ona məxsus olan Mercedes benz E230 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman onun barəsində İXM-nin 342.5-ci və 327.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. Qeyd olunmuş maddələrə görə isə ona cərimə yazılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar və protokol qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraatlara xitam verilməlidir. Belə ki, Mercedes benz E230 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı zaman X8 idarəsinin əməkdaşları nəqliyyat vasitəsini idarə etdiyi İXP/ ******* saylı protokol tərtib olunmuş, qanunsuz olaraq 80 manat cərimə yazılmışdır. Hazırda ona yazılmış cərimə yol polis idarəsinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Hadisə zamanı X8 idarəsinin əməkdaşları onunla kobud şəkildə danışaraq ona İXM-nin 342.5-ci və 327.2-ci maddələri əsasında protokol yazacaqlarını bildirdikləri zaman o, onlarla qanunla danışdığı zaman onların video kamerasının açıq olduğunu düşündüyü üçün o da öz telefonunda video çəkiliş etmişdir. Lakin onlar onun video çəkiliş etdiyini gördükləri zaman telefonunu əlindən alaraq qırmışlar. X8 idarəsinin əməkdaşları ilə qanunla danışıb, ona qanunsuz olaraq cərimə yazdıqlarını bildirdiyi zaman onlar onunla kobud danışmağa, onu təhqir edərək mənə zor tətbiq etməyə başlamışlar. Məhkəmə iclasında qərardan şikayət verən X6 şikayətində göstərdiklərinə uyğun izahat verdi. Bunlarla yanaşı bildirdiki, onun avtomobilini saxladıb barəsində protokol tərtib edən polis əməkdaşı Behbudzadə Vüsal olmuşdur. Həmçinin müddətin bərpa olunmasına dair məhkəməyə ərizə təqdim edərək bildirdi ki, barəsində tərtib olunmuş qərar və protokolu prokurorluq orqanına şikayət verdikdən sonra əldə etmişdir. Buna görə də, vaxtında şikayət verə bilməmiş və şikayət vermə müddətini ötürmüşdür. Odur ki, həmin qərardan şikayət vermə müddətinin üzürlü hesab edilərək şikayət müddətinin bərpa edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, həmin ərazidə xidmətdə olmamış və həmin protokol onun tərəfindən tərtib olunmamışdır. Protokolun hansı səbədən onun adından tərtib edilməsi ona da məlum deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsinə dair ərizəni, işdə olan materialları nəzərədən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 18 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın X4 çatması barədə məlumat yoxdur. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 18 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermə müddətini ötürmədiyindən ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən araşdırılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib ounmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli Protokoldan görünür ki, Bərdə rayon Mirzalıbəyli kənd yolunda xx.xx.2023-cü il tarixdə saat 11:15-də Mercedes Benz E230 minik markalı 90XA209 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.2-ci maddələri ilə protokol tərtib olunmuşdr. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 18 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Bərdə rayon Mirzalıbəyli kənd yolunda xx.xx.2023-cü il tarixdə saat 11:15-də Mercedes Benz E230 minik markalı 90XA209 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şikayətçi X6 bildirdi ki, onun avomobilini saxladıb barəsində protokol tərtib edən polis əməkdaşı Behbudzadə Vüsal olmuşdur. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli Protokolu tərtib edən Bərdə rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2 isə bildirmişdir ki, həmin vaxt o xidmətdə olmamış və həmin protokol onun tərəfindən tərtib olunmamışdır. Protokolun hansı səbədən onun adından tərtib edilməsi ona məlum deyildir. Məhkəmə qeyd edir ki, qeyd edilən həmin anlaşılmazlıqlar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X3 əməlinə hüquqi qiymət verilməlidir Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* tarixli elektron qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin orqana qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir: 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1 protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* tarixli elektron qərarından X6 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* tarixli elektron qərarından X6 tərəfindən şikayəti verilməsi müddətinin ötürülməsi səbəbi üzrlü hesab edilərək, şikayət verilməsi müddəti bərpa edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* tarixli elektron qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli TP ******* tarixli elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin orqana göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1860/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1860/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver