Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1862/2023 28.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə, xx.xx.1971-ci il tarixdə Bərdə rayonu, Şatırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Şatırlı kəndində yaşayan Şəxs(Ş/V: AA*******), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən X15 barəsində xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, 13 iyul 2023-cü il tarixdə saat 15:30 radələrində Bərdə-Tərtər yolunun Tərtər rayonu ərazisindən keçən 13-cü kilometrində Bərdə rayonu Şatırlı kənd sakini, 1971-ci il təvəllüdlü Şəxs idarə etdiyi Mersedes-Benz 190 markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Alpout kənd sakini X9 idarə etdiyi VAZ 21013 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Mersedes-Benz 190 markalı avtomobildə olan sərnişin Tərtər rayonu Düyərli kənd sakini, 2009-cu il təvəllüdlü X5 xəsarət alaraq Bərdə RMX-na müraciət etmişdir. Bunula da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Ona görə də Xİİİ Tağım Baş YPX inspektoru, polis kapitanı X16 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasən Şəxs – xx.xx.1971-ci il tarixdə Bərdə rayonu, Şatırlı kəndində anadan olmuş, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. (Ş/V: AA*******). İş materiallarında olan 15 iyun 2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X14 VAZ 21013 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini X13 etibar etmiş, xx.xx.2024-cü il tarix saat 23:59-dək qüvvədədir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, X13 BC kateqoriyalı, AE 215663 nömrəli sürücülük vəsiqəsi məxsusdur. İş materiallarında olan AD N 809739 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21013 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli, 872 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs sərxoşluğu olmamış, ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli, 873 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, X1 olmamış, ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AZE 11674614 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 – xx.xx.2009-cu il tarixdə Tərtər şəhərində anadan olmuşdur. İş materiallarında olan AA2636430 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 – xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli, 557 nömrəli canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, Vǝt. X3 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bazu sümüyünün boylama yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, zərər vurmaya aiddir. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli, 558 nömrəli canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, Vət. X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alının sağ yarısının, sağ diz oynağının ön səthinin piqmentasiya sahələri sıyrıq izləri), sağ gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol bazunun yuxarı 1/3nin bayır səthinin qançırları, sağ alın nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, 13 iyul 2023-cü il tarixdə saat 15:30 radələrində Bərdə-Tərtər yolunun Tərtər rayonu ərazisindən keçən 13-cü kilometrində Bərdə rayonu Şatırlı kənd sakini, 1971-ci il təvəllüdlü Şəxs idarə etdiyi Mersedes-Benz 190 markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Alpout kənd sakini X9 idarə etdiyi VAZ 21013 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Mersedes-Benz 190 markalı avtomobildə olan sərnişin Tərtər rayonu Düyərli kənd sakini, 2009-cu il təvəllüdlü X5 xəsarət alaraq Bərdə RMX-na müraciət etmişdir. Bununla da X15 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxslərin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxslərin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1862/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1862/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver