Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1867/2023 20.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi, Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X8, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1983-cü il tarixdə, Tərtər rayonunda anadan olmuş, Tərtər rayonu Qapanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanması haqqında Bərdə Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanması haqqında qəbul edilmiş 20 dekabr 2023-cü il tarixli qərar baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X13 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Mərkəzi Aran RETSİ-nin X10 Enerji Satış şöbəsinin rəisi Şəxs məişət abonenti, Bərdə rayon, Böyük Göyüşlü kənd sakini X6 ilə sonuncunun yaşadığı evin həyətində elektron sayğaca baxış keçirdikdən sonra aralarında yaranan mübahisə zamanı Kamandar Balayevi döyərək ona döş qəfəsi nahiyəsinin qançırı və sıyrığı, sol said nahiyəsinin qançırı xəsarətləri ilə müşayiət olunan qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində məişət abonenti, Bərdə rayon, Böyük Göyüşlü kənd sakini Balayev Kamandar Nəsrəddin oğlu yaşadığı evin həyətində onun adına qeydiyyatda olan elektron sayğaca baxış keçirildikdən sonra Mərkəzi Aran RETSİ-nin Bərdə Eelektrik X15 şöbəsinin rəisi Şəxs ilə aralarında yaranan mübahisə zamanı sonuncunu döyərək ona üst dodaq nahiyəsinin selikli qişasının qansızması xəsarəti ilə müşayiət olunan qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar X6, Süleymanov Hikmət Bahadur oğlu, X14, X17, X11, X19, X5 izahatları, ekspert rəyləri, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və digər araşdırma materialları ilə tam sübut olunur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023- cü il tarixdə, saat 14 radələrində Bərdə rayon, Böyük Göyüşlü kənd sakini X2 adına qeydiyyata alınana sayğacına baxış keçirildikdən sonra xətanın aradan qaldırılması üçün abonent Kamandar Balayev ilə söhbət etdiyi zaman Kamandar tərəfindən döyülmüşdür. O, X3 xəsarət yetirmədiyini bildirərək icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində sonradan adının Şəxs olduğunu bildiyi Mərkəzi Aran RETSİ-nin Bərdə Eelektrik X15 şöbəsinin rəisi küçədə quraşdırılmış elektron sayğaca baxış keçirdikdə sonra özünün dəvəti ilə Hikmət Süleyman onun evinin həyətinə daxil olmuş, daha sonra Şəxs onun evinin həyətindən çıxmaq istəmədiyi üçün aralarında mübahisə yaranmış və Şəxs onu döyməyə başlamış, özünü müdafiə etmək üçün o da Şəxs zərbə endirmişdir. Həmçinin məhkəməyə ərizə verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs qızı barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:36 radələrində Azərbaycan Respublikası DİN- nin 102 xidmətindən rayon polis şöbəsinə Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan Kamandar adlı şəxsin Şəxs ilə münaqişə etməsi, sonuncunu təhqir etməsi, sayğaca müdaxilə etməsi və döyməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat Bərdə RPŞ-də "törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitab"ında 3936 nömrə ilə qeydə alınaraq araşdırılması Bərdə rayon polis Şöbəsinin İB-nin müstəntiqi, polis leytenantı X9 tapşırılmış və həmin tarixdə icraatına qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:36 radələrində Azərbaycan Respublikası DİN- nin 102 xidmətindən rayon polis şöbəsinə Bərdə rayon, Böyük Göyüşlü kəndində yaşayan X6 işıq idarəsinin işçisinin ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib onu döyməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat Bərdə RPŞ-də "törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitab"ında 3937 nömrə ilə qeydə alınaraq araşdırılması Fərhad Əvəzliyə tapşırılmış və həmin tarixdə icraatına qəbul edilmişdir. xx.xx.2023-cü ildə bir icraatda birləşdirilən HK-1/3936 ve HK-1/3937 nömrəli material istintaq aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı X2 əməlində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 309-cu maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 157 və 221-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsi olmadığından həmin maddələr üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, X6 və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 701 nömrəli rəyinə X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkat edilmiş xəsarətlər - döş qəfəsi nahiyəsinin qançırı və sıyrığı, sol said nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 700 nömrəli rəyinə Əsasən Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - üst dodaq nahiyəsinin selikli qişasının qansızması küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı X4 döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1867/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1867/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver