Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1868/2023 20.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 iştirakı ilə 30 avqust 1999-cu ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, Bərdə şəhəri Təbriz küçəsi ev 21A-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 oktyabr 2023-cü ildə Bərdə şəhəri S.Zöhrabbəyov küçəsində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 göstərdi ki, Şəxs 27 oktyabr 2023-cü ildə Bərdə şəhəri S.Zöhrabbəyov küçəsində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Həmin səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən çay evində olarkən Taleh ona yaxınlaşmış və onu səbəbsiz yerə nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışdır. Talehə söyüş söydüyünə görə iradını bildirmiş, sonuncu ona əl-qol atmağa başlamışdır. Talehin üz nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. Yanında olan tanışları Eyvaz və Röyal onları sakitləşdirmiş, Zərərçəkmiş şəxs yenidən nalayiq ifadələr işlədərək həmin yerdən uzaqlaşmışdır. Səhvini başa düşür, tutduğu əməldən peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 3 ay əvvəl Rüfətlə aralarında mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saat 12 radələrində “Mal bazarı” adlanan ərazidən Bərdə şəhəri “Çinqouz dairəsi” adlanan əraziyə taksi ilə gəlmiş və piyada Bərdə şəhəri Sənaye küçəsinə, yaşadığı ünvana getmək istəmişdir. Kamal adlı şəxsin çay evinə çay içmək üçün girmiş, çay evində tanışları Aydın, Eyvaz və Etibarı görmüş, onlarla görüşmək istəmişdir. Çayxananın çölündə Rüfət onu barmağı ilə işarə edərək çağırmış, sonuncuya Aydınla görüşüb gələcəyini bildirmişdir. Aydınla görüşdükdən sonra Rüfətə yaxınlaşmış və salamlaşmışdır. Rüfət ona nalayiq ifadə işlətmiş, sonuncuya bir neçə ay öncə aralarında olan məsələdə onun günahkar olduğunu bildirmişdir. Rüfət yumruqla bir neçə dəfə onun sifət və baş nahiyəsindən zərbələr endirmişdir. X4 uzaqlaşdıraraq çay evinin içərisinə doğru aparmışdır. Bərdə Rayon Polis Şöbəsinə gedərək şikayət etmişdir. Hazırda Şəxs ilə barışmışlar, ona görə də Rüfəti bağışlamışdır. Şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını və işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdıqlarını, ondan şikayətçi olmadığını, o cümlədən ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi və inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etdi. İş materiallarında olan: “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/4412 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə Rayon Polis Şöbəsinin İTB-nə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, İXMnin 39.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati xəta törədən şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs barışdığından, göstərilən maddənin tələbinə əsasən inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 39, 43, 114, 128-130-cu maddələrini rəhbər tutub məhkəmə, Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs barışdığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-1868/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1868/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver