Məhkəmə qərarları › İş №3(021)-1898/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1898/2025

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1898/2025 23.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Gülnaz Cəlil qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokol: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 552-ci maddəsi ilə inzibati xəta törətməsinə dair, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən 12 dekabr 2025-ci il tarixli MN2369567 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkilaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə icasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru Nümayəndə Heydər oğlu məhkəməyə verdiyi izahatında nəqliyyat vasitəsinin sürücüsünün buraxılış vərəqəsinin olub-olmamasını yoxlamaq üçün saxla əmri verdiyini, lakin həmin şəxsin nəqliyyat vasitəsini saxlamadığını, nəqliyyat vasitəsini idarə edən şəxsin şəxsiyyətini isə maşının arxasında yazılmış telefon nömrəsi əsasında həmin şəxsə zəng etməklə müəyyən etdiyini, Şəxs tərəfindən qeyd edilən hüquq pozuntusunun törədildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş 12 dekabr 2025-ci il tarixli MN2369567 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 12 dekabr 2025-ci il tarixdə saat 16:05-də Bərdə şəhərində keçirilən reyd zamanı “Ford Tranzit” markalı, **-LU-*** X2 yük maşınla saxlama əmrinə tabe olmamış və hərəkətini davam etdirmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkilaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli aktdan görünür kiİ 12 dekabr 2025-ci il tarixdə Bərdə şəhərində keçirilən reyd zamanı sürücü Şəxs ford markalı, **-LU-*** DQN-li yük avtomobili ilə qeyri-qanuni yükdaşıma fəaliyyəti göstərdiyi aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 və həmçinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarlarının tələblərinə uyğunluğu yoxlaılmışdır. Yoxlama zamanı sürücü Şəxs qanunvericiliklə müəyyən olunmuş saxla əmrinə tabe olmamış və hərəkətinə davam etmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 12 dekabr 2025-ci il tarixli, 542 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkilaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli, MN2369567 nömrəli protokola baxılması üçün 30 dekabr 2025-ci il tarixdə Qarabağ Regional İdarəsinə dəvət olunması barədə Şəxs bildiriş göndərilmişdir. İstinad edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, iş materiallarında olan sübutları tədqiq edərək, hesab edir ki, Şəxs İXM-nin 552-ci maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, Şəxs 12 dekabr 2025-ci il tarixdə saat 16:05-də Bərdə şəhərində keçirilən reyd zamanı “Ford Tranzit” markalı, **-LU-*** X2 yük maşınla saxlama əmrinə tabe olmayaraq hərəkətini davam etdirməsinə dair yetəri qədər sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru Nümayəndə Heydər oğlu məhkəməyə verdiyi izahatında nəqliyyat vasitəsinin sürücüsünün buraxılış vərəqəsinin olub-olmamasını yoxlamaq üçün saxla əmri verdiyini, lakin həmin şəxsin nəqliyyat vasitəsini saxlamadığını, nəqliyyat vasitəsini idarə edən şəxsin şəxsiyyətini isə maşının arxasında yazılmış telefon nömrəsi əsasında həmin şəxsə zəng etməklə müəyyən etdiyini, Şəxs tərəfindən qeyd edilən hüquq pozuntusunun törədildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edəcəyini bildirsə də inzibati xəta haqqında iş üzrə icraatın gedişində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar