Məhkəmə qərarları › İş №3(021)-192/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-192/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-192/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətalar törətməsinə dair toplanmış materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09 fevral 2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində Əmiİsgəndərov Şahsuvar Rasim oğlunun otlaq sahəsindən 60 ədəd armaturu və artezian nəqilini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 20 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri,Ü.Hacıbəyov küçəsisində vətəndaş X11 məxsus evin həyətindən bir ədəd su mühərrikini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 22 noyabr 2021-ci il tarixdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 55-də yaşayan X4 yaşadığı evin həyətindən bir ədəd hidroforu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 04 noyabr 2020-ci il tarixdə Bərdə rayonu, Qəhrəmanlı kəndi ərazisində X1 sakinlərinə məxsus olan su artezianın 160 manat dəyərində, 40 metr uzunluğunda kabelini və 70 manat dəyərində işıq avtomatını (rubilnik) oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 04 noyabr 2020-ci il tarixdə Bərdə rayon, Qəhrəmanlı kəndi ərazisində X2 Qənbər Qurbanova məxsus olan 60(altmış) manat dəyərində,12 metr uzunluğunda kabelini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 02 fevral 2021-ci il tarixdə Bərdə rayon, Qasımbəyli kəndinə gedən yolda X12 işlətdiyi təkər təmiri sexindən 1 ədəd oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 04 dekabr 2020-ci il tarixdə Bərdə şəhər,köhnə bazar ərazisində X9 məxsus avtomaçınından kiçi və qadin qeyim əşiyalarını oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 21 yanvar 2021-ci il tarixdə Bərdə şəhər, Səttərxan küçəsində yaşayan X3 yaşadığı evindən 70 manat dəyərində Merinos xalça və 15 manat dəyərində aliminium qazan oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 30 yanvar 2020-ci il tarixdə Bərdə şəhərində, X.Məmmədov küçəsində yaşayan X6 yaşayış evindən, zirzəmisindən 30 manat dəyərində 30 metr kabeli və 40 manat dəyərində köhnə dəmir metal parçaları oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 01 dekabr 2020-ci il tarixdə Bərdə şəhəri, Q.Hacıbəyov küçəsində X8 məxsus avtomaşından 1 ədəd akumulyatoru oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 20 fevral 2020-ci il tarixdə X13 yaşadığı evin həyətindən samovar oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 03 yanvar 2020-ci il tarixdə Bərdə rayonu Hacıbəyli kəndində içməli su ilə təmin qurgunun matorunun oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X5 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs oğlu 24 yanvar 2021-ci il tarixdə Bərdə rayonu Lək kəndində X14 məxsus 2 ədəd hind quşun oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair barəsində olan 3(021)-187/2021 saylı, 3(021)-188/2021 saylı, 3(021)-189/2021 saylı, 3(021)-190/2021 saylı, 3(021)-191/2021 saylı, 3(021)-192/2021 saylı, 3(021)-193/2021 saylı, 3(021)- 193/2021 saylı, 3(021)-194/2021 saylı, 3(021)-195/2021 saylı, 3(021)-196/2021 saylı, 3(021)- 197/2021 saylı, 3(021)-198/2021 saylı və 3(021)-199/2021 saylı inzibati işlər 3(021)- 199/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 22 fevral 2021-ci il tarixdə saat 17:00-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar